Türkiyə-Azərbaycan birliyinin çoxəsrlik tarixində yaddaqalan məqamlardan biri də 15 sentyabr 1918-ci ildə böyük sərkərdə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik əsarətindən xilas etdiyi gündür. Məhz həmin tarixdə erməni soyqırımına məruz qalan azərbaycanlıları qaniçən Şaumyanın başçılıq etdiyi ermənilərdən xilas edən Qafqaz İslam Ordusunun əsgərləri əsl mənada azərbaycanlı qardaşlarına arxa, kömək oldular.
Ötən əsrin əvvəllərində yenicə müstəqillik qazanmış, neft səltənəti kimi zəngin ehtiyata malik Azərbaycanı itirmək istəməyən bolşevik Rusiyası ermənilərin əli ilə Bakıda, ölkəmizin digər şəhər və kəndlərində kütləvi qırğınlar törədərək dinc əhalini qətlə yetirib, diri-diri yandırdılar. Bu gün də görənləri dəhşətə gətirən, erməni vəhşiliklərinin nümunəsi olan Quba məzarlığı soydaşlarımıza və yəhudilərə qarşı daşnakların törətdikləri qətliamlar nəticəsində yaranan yüzlərlə məzarlıqlardan yalnız biridir.
O zaman Bakı xalqımızın qatı düşməni, daşnak Şaumyanın başçılıq etdiyi erməni-bolşevik ordusunun nəzarətində idi. Bəşəriyyətə insan qatili, soyqırımı müəllifləri kimi tanınan ermənilər daşnak ideologiyasının qanla yoğrulduğunu həmin hadisələr zamanı bir daha təsdiqlədilər. 1915-ci ildə rus-ingilis- fransız qoşunlarının Türkiyəyə qarşı hərbi müdaxiləsi zamanı satqınlıqları və türklərə qarşı xəyanətləri üzündən deportasiya olunan ermənilərə qarşı soyqırımı törədildiyini iddia edən “yan”lar 1918-ci ildə Azərbaycanda qəddarlıqlarını təkrarladılar. Qorxaq, amma güclü tərəfin əlində vasitə olan, qaniçənliyi genetik xüsusiyyətləri kimi nəsildən-nəslə daşıyan ermənilər muzdlu nökər kimi başqalarına xidmət missiyasını davam etdirərək qaniçən millət olduqlarını 15 sentyabr hadisələrində təkrarladılar.
Ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları nəticəsində təkcə Bakıda 20 mindən artıq soydaşımız qətlə yetirilmiş, kənd və şəhərlər yandırılmış, tarixi abidələr dağıdılmışdır. Bakını əldə saxlamaq üçün hələ möhkəmlənməmiş Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna çalışan bolşeviklər müxtəlif yollar axtarır, ermənilərdən istifadə etməklə məqsədlərinə nail olmağa səy göstərirdilər. İngilislərin Azərbaycana dəvət olunması da erməni-rus birləşməsinin xəyanəti idi. Bakı sovetinin təmsilçiləri olan eser və daşnaklardan ibarət xəyanətkarlar istəyirdilər ki, Bakıya çağırılan ingilislər Qafqaz İslam Ordusunu məhv etməklə onların mövqelərinin möhkəmlənməsini təmin etsin. Buna görə də Bakı sovetinin fövqəladə iclasında çoxluq təşkil edən ermənilərin təşkilatçılığı ilə ingilis qoşunlarının Azərbaycana dəvət olunması ilə bağlı xəyanətkar təklif dəstəkləndi. Stepan Şaumyanın rəhbərlik etdiyi, daha çox başqa millətlərin təmsil olunduğu 26 Bakı komissarları belə azərbaycanlılarla qanı, canı, tarixi, adət-ənənələri bir olan türklərin Bakıya yaxınlaşmasının qəti əleyhinə idilər.
Türkün mərdliyi və şücaətindən xəbərsiz olan daşnak töküntüləri seçimlərində yanıldılar. Qazanılmış müstəqilliyin təhlükədə olduğunu hiss edən Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 4-də Türkiyəyə müraciət edərək ondan kömək istədi. Bu müraciətin nəticəsi olaraq iki ölkə arasında saziş imzalandı. Azərbaycan hökuməti ölkənin erməni-rus hərbi birləşmələrinin qanlı təcavüzlərindən xilas edilməsi, dövlət müstəqilliyinin qorunub saxlanılmasını Türkiyə hökumətindən xahiş etdi. Türkiyə Silahlı Qüvvələrinin komandanı, general Ənvər Paşa Azərbaycanın hərbi yolla xilasına Qafqaz İslam Ordusunun yaradılması ilə başladı. Həmin ordunun qarşısına Azərbaycanı və Dağıstanı erməni-bolşevik Rusiyasının işğalından azad etmək vəzifəsi qoyuldu.
Nuru Paşa ordunu təşkil etdiyi müddətdə ermənilər Bakıda, həmçinin ölkənin digər bölgələrində azərbaycanlılara qarşı, sözün əsl mənasında, soyqırımları həyata keçirdilər. Naxçıvanda, Zəngəzur, İrəvan mahallarında, Qubada, Neftçalada, Zaqatalada, Şuşada, Dağlıq Qarabağda on minlərlə günahsız, əliyalın insan erməni vəhşiliyinin qurbanı oldu. Erməni-bolşevik rus silahlıları təkcə Bakı şəhərində 30-31 mart tarixlərində 12 min azərbaycanlını qətlə yetirərək Çəmbərəkənd adlanan yerdə basdırdılar. Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımıza yardım göstərən, bolşeviklərin və erməni millətçilərinin həmyerlilərimizə qarşı törətdikləri soyqırımların qarşısını alan, Nuru Paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun qəhrəmanlığına təsadüf edən 15 sentyabr 1918-ci il zəfər günü, türk birliyinin, qardaşlığının nümunəsi oldu. Hərb sənətinə mükəmməl yiyələnmiş, istənilən döyüş tapşırığını qalibiyyətlə başa çatdırmağa qadir olan Qafqaz İslam Ordusu düşmən əlində olan Bakını və digər yaşayış məntəqələrimizi düşməndən azad etdi. Türk əsgərlərinin hücumlarına tab gətirməyən erməni-bolşevik silahlı dəstələrinin tör-töküntüləri Bakıya toplaşaraq şəhəri əllərində saxlamağa çalışsalar da, türk birliyi qarşısında məğlub oldular. Nuru Paşanın ordusu Bakını bolşevik-erməni dəstələrindən təmizlədi. Beləliklə, 15 sentyabr 1918-ci ildə Bakı Türkiyənin hərbi köməyi ilə istiladan xilas olaraq həqiqi sahiblərinə qaytarıldı.
Həmin hadisələrdə daşnaklar 2 min əsgərini itirdi. Altı mini azərbaycanlılar olmaqla 14 min silahlısı olan Qafqaz İslam Ordusunun 139 əsgəri, 9 zabiti qəhrəmancasına şəhid oldu, 463 nəfər yaralandı. İndi Şəhidlər xiyabanında 1918-ci ildə həlak olan türk əsgərlərinin xatirəsinə əbədi hörmət rəmzi olan abidə hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Təsadüfi deyil ki, belə qardaşlıq telləri ilə bağlanan, illərin sınağında bərkiyən Türkiyə-Azərbaycan dostluğu edilən təsir və qadağalara baxmayaraq bu gün yüksək səviyyədə olan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Ümummilli lider Heydər Əliyevin “31 Mart Azərbaycanlıların soyqırımı haqqında” Fərmanına uyğun olaraq hər il şəhid olmuş soydaşlarımızın, eyni zamanda, türk əsgərlərinin xatirələrinin ehtiramla yad olunması dostluq və qardaşlığın ifadəsidir. Hər iki ölkənin dövlət və hökumət başçıları, rəsmi nümayəndələrinin də qeyd etdiyi kimi, strateji tərəfdaşlığımızın əsasında da əsrlərə söykənən bu monolit birlik dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası birliyinin əsasını qoyan Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarına sadiqlik Türkiyə Azərbaycan qardaşlıq və dostluğu əbədiyaşarlıq nümunəsidir. Dar gündə belə sınaqdan çıxmış bu dostluq erməni lobbisinə qarşı mübarizədə də sarsılmazdır.
…Hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən soyqırımı üzrə Beynəlxalq Cinayət Tribunalının sənədlərində qeyd olunur ki, əgər soyqırımına xas olan cinayəti dövlət törətmişsə o zaman digər beynəlxalq cinayətlərdə olduğu kimi, məsuliyyətə yalnız fərdi şəxslər deyil, həm də dövlət cəlb edilməlidir. Ermənilərin Xocalıda törətdikləri qırğınlar Ermənistanın terroru dövlət səviyyəsində dəstəkləyən dövlət olduğunu göstərdi. Faşistlərin törətdikləri Xatun qətliamı, yəhudilərin kütləvi qırğını ilə tarixə yazılan Xolokosta, Ruanda, Serebnitsa qırğınları minlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi kimi tarixə yazıldığı kimi, erməni vəhşiliyinin qanlı nümunəsi olan Xocalı soyqırımı da dəhşətləri ilə yaddaşlarda qaldı.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq normalar əsasında həllinə çalışan, Azərbaycanın siyasətinə sadiq olan Türkiyə beynəlxalq səviyyələrdə aparılan müzakirə və danışıqlarda ölkəmizin mövqeyini dəstəkləyir. Ermənistanla sərhədlərini bağlayan, münaqişə həllini tapmayınca təcavüzkarla iqtisadi, siyasi sahədə əməkdaşlığı qeyri-mümkün adlandıran Türkiyə bu gün də siyasətinə sadiqdir. Ermənistanı müdafiə edən, işğalçı dövlətin blokadada qalmasını istəməyən dairələrin israrına baxmayaraq enerji layihələrinin yalnız Türkiyə ərazisindən keçəcəyini israr edən Azərbaycan dost ölkə ilə əməkdaşlığını daha da gücləndirir.
TürkPA-nın, TÜRKSOY-un yaranması, ortaq əlifbanın, tarixin, televiziya kanalının hazırlanması üçün maraqlı təkliflərin reallaşması istiqamətində işlərin sürətlənməsi bu birliyin əbədiliyi naminə həyata keçirilən tədbirlərdir. TÜRKSOY-un nəzdində Fondun yaradılması, türkdilli xalqların mədəniyyətinin, dilinin, tarixinin araşdırılması və təbliği məqsədilə Türkdilli Akademiyanın formalaşdırılması da ümumi maraqları əks etdirən təşəbbüslərdir. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması da bu çağırışları əks etdirir. “Azərbaycan bizim ailəmizin üzvüdür” söyləyən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dost ölkədə keçirilən tədbirlərdə Türkiyə ilə Azərbaycanın və Şimali Kiprin bayrağının qoşa dayanmasını istəməsi qırılmaz tellərlə bağlanmış həmrəyliyinin nümunəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada Türkiyə- Azərbaycan kimi biri-birinə sadiq olan dövlətlər yoxdur.