Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri “Hədəf Nəşrlərini” ziyarət edib

18 Baxış

0468bc19-5e40-4257-9645-d6348d23e874

27-29 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasında “Hədəf” və “Xan” Nəşrləri də iştirak edib.

Sərgi çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hədəf Nəşrləri”nin stendini ziyarət edərək, nəşriyyat haqqında fikirlərini bölüşmüşdür: “Hədəf Nəşrləri daim türkçülük ideologiyasını özündə əks etdirən layihələrə imza atır. Bu layihələrin bəzilərində şəxsən özüm də iştirak etmişəm. Nəşriyyatın Türk dünyasının böyük yazıçılarının əsərlərinin çap etməsi ortaq türk birliyinə xidmət edir. Ümumilikdə Nəşriyyatn gördüyü işləri çox yaxından izləyirəm və təqdir edirəm. Bu gün eşitdim ki, nəşriyyatın 10 illik yubileyidir. Bu münasibətlə bütün kollektivi təbrik edirəm”.

VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasına oxucuların marağı böyük olmuşdur.

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10