Türkiyədə bir ilk – “Yeni nəsil kitab sərgisi”

13 Baxış

nesil

İstanbulda ilk dəfə “Yeni nəsil kitab sərgisi” açılıb.

Senet.az xəbər verir ki, bu şəhərdə yerləşən Çətin Çıxış Sənətləri Mərkəzində (PSM) açılan sərgi 10 gün ərzində tanınmış yazarlarla oxucuları bir araya gətirəcək. Belə ki, 135 nəşriyyatın qatıldığı sərgi çərçivəsində görkəmli yazıçıların iştirakı ilə 220 tədbirin keçiriləcəyi nəzərdə tutulur.

Ziyarətçilər sərgidə QR kodları ağıllı telefonlarına oxudaraq sərgi ilə bağlı bütün məlumatları əldə edəcək və tədbirlərə qoşulmaq imkanı qazanacaqlar. Sərgidə istifadə edilən QR kod texnologiyası, həm gözdən əlillərin, həm də digər ziyarətçilərin istədiyi stendə baxmasına yardımçı olacaq.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10