Türkiyədən ölkəmizə gətirilmiş on beş min türkdilli kitabın təqdimatı keçiriləcək.
Senet.az xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında reallaşacaq mərasim oktyabrın 19-na nəzərdə tutulub.
Kitablar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanaraq Azərbaycana gətirilib.
Nəşrlər Azərbaycan Milli Kitabxanasına və respublikanın digər şəhər və rayon kitabxanalarına təqdim ediləcək.