Türkiyə Cümhuriyyəti 93 yaşında

7 Baxış

images

Bu gün Türkiyə Respublikasının yaranmasının 93-cü ildönümüdür. Türkiyə Cümhuriyyəti 29 oktyabr 1923-cü ildə quruldu.

Türkiyə Cümhuriyyəti bu gün milli mübarizə qəhrəmanlarından başda öndər Qazi Mustafa Kamal Atatürkü və onun silahdaşlarını hörmət və rəhmətlə xatırlayır.

1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər – İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal etdilər.

Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verdi.

“Əhalisi əsasən türklərdən ibarət bölgələr türk sərhədi olaraq da qalmalıdır” fikrini əasa tutaraq, 30 avqust 1922-ci ildə Meydan Savaşını qazanması nəticəsində işğalçı güclər indiki Türkiyə torpaqlarından geri çəkilməyə məcbur oldu. İstanbulun qurtuluşundan sonra isə Lozanna sülh müqaviləsi imzalandı: Osmanlı İmperatorluğu tarix səhnəsindən silindi, yerində yeni dövlət – Türkiyə adlı respublika quruldu.

29 oktyabr 1923-cü ilə qədər sürən danışıqlardan sonra Cümhuriyyətin yaranması və Ankaranın paytaxt olması bütün dünyaya elan edildi.

Əsəd Əsədzadə

Bölmə : Manşet, Tarix