Türkiyədə Akif Səməd adına park salınacaq

86 Baxış

metin

Türkiyənin Kuşadası bölgəsində uluslararası rəsm festivalı keçirilib. Festivalda 20 ölkədən 46 rəssam iştirak edib. Kuşadası bələdiyyəsinin, Belmare otelin dəstəyi və UASB -nin təşkilatçılığı ilə keçirilən “Savaşa inad” festivalındada ölkəmizi 7 nəfərlik qrup təmsil edib. Bu barədə Senet.az-a açıqlamasında UASB-nin Azərbaycan təmsilçiliyinin mətbuat xidmətinin rəhbəri Günay Həsənli məlumat verib.

Festivalın açılış mərasimində UASB-nin Azərbaycan təmsilçiliyinin fəallığını vurğulayan başkan Ümit Yaşar Işıkhan təmsilçilyin son zamanlar keçirdiyi “Yurdumuzu qarış-qarış gəzək” adlı layihəsini bəyəndiyini və bu projenin gələcəkdəki dəyərini və təmsilçiliyin digər ölkə təmsilçiliklərinə örnək olduğunu bildirməklə Azərbaycan təmsilçiliyi rəhbərliyinə təşəkkürünü bildirib.

Azərbaycan təmsilçisi Nəvai Mətinə UASB-nin özəl qələmi və döş nişanı təqdim edilib.

Azərbaycan Təmsilçisi Nəvai Metin Ümit Yaşara və festival təşkilatçılarına təşəkkürünü bildirib və gələcəkdə də bu cür tədbirlərin keçiriləcəyini bildirib: “Bu festival da əvvəl keçirilən festivallar kimi yaddaqalan oldu. Festival ərəfəsində maraqlı hadisələr də oldu. Məsələn, İsraildən və Fələstindən gələn sənətçilərin iştirakçılar qarşısında əl tutmaları, simvolik barışıq elan etmələri təbii ki, çox maraqlı idi. Bələdiyyə başkanı Özər Kayalı ilə görüşümüz oldu. Özər bəydən mərhum şairimiz,dostum Akif Səmədin adını əbədiləşdirmək üçün Kuşadasında onun adına bir küçə verilməsini xahiş elədim. Özər bəy xahişimi nəzərə alaraq küçə deyil, ama bir kültür parkına şair Akif Səmədin adının verilməsini vəd etdi. Bu təbii ki, təmsilçilik olaraq bizi sevindirən hadisə idi. Radioda qonaq olduq, qəzet səhifələrində informasiyalar dərc olundu. Yəni festivalda keçirdiyimiz hər günümüz gözəl dəyərləndirildi. Sənətçilər bir daha barışın və sevginin tərəfində olduqlarını nümayiş etdirdilər. Festival təşkilatçıları tərəfindən müəyyən təkliflər aldım. Yəni ümumilikdə festival səmərəli keçdi. Festival bitdikdən sonra İzmir və Ankara şəhərlərində gəzintimiz oldu. Qrup üzvləri Atatürkün və M.Ə.Rəsulzadənin məzarlarını ziyarət etdilər.” Azərbaycanı təmsil edən rəssamlar bu festivalın təşkilindən və gedişindən razı qaldıqlarını bildiriblər.

 

 

meti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər