Türkiyədə yanvar ayında 21 milyon kitab çap olunub

11 Baxış

Türkiyə kitabTürkiyədə keçən ay 21 milyon 132 min 142 kitab çap olunub. Yanvar ayı ərzində işıq üzü görən kitabların 25 faizini araşdırma, 7 faizini ədəbiyyat-sənət, 10 faizini uşaq və ilk gənclik, 19 faizini dini, 2 faizini akademik nəşrlər, 36 faizini təhsil sahəsindəki kitablar təşkil edib. Senet.az TRT Haber-ə istinadən bildirir ki, 5 milyon 314 min 500 araşdırma, 1 milyon 466 min 622 ədəbiyyat-sənət, 2 milyon 173 min 127 uşaq-gənclik, 3 milyon 945 min 150 dini, 463 min 878 akademik nəşr, 7 milyon 577 min  152 təhsilə aid kitab və 221 min 718 xarici kitab nəşr edilib.

2010-2015 ci illər arasında yanvar aylarında çap olunan kitabların sayı isə belədir:

2010-cu ildə- 9 milyon 281 min 936

2011-ci ildə- 19 milyon 346 min 402

2012-ci ildə- 23 milyon 435 min 212

2013-cü ildə 21 milyon 387 min 430

2014-cü ildə 24 milyon 564 min 793

2015-ci ildə 23 milyon 920 min 638