Türkiyədə Yunan tanrılarının heykəlləri tapılıb

0 Baxış

hg

 

Türkiyənin Kütahya vilayətində Yunan tanrılarının heykəlləri tapılıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 2012-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Türkiyənin Kütahya vilayətində yerləşən qədim Aizanoi şəhərində Kocaçay kimi tanınan çay yatağında aparılan arxeoloji qazıntı işləri zamanı Yunan mifologiyasında sevgi və gözəllik tanrısı kimi bilinən “Afrodita” və şərab tanrısı “Dionysos”ın heykəllərinin qalıqları aşkar edilib.