Senet.az Amerika əsilli Meksikalı yazar Gene D. Matlokun “Ey insanlar, hamınız türksünüz!” kitabından bir hissəni təqdim edir. Qeyd edək ki, “XAN” nəşriyyatında işıq üzü görən bu kitabın redaktoru f.ü.f.d.,dos. Şəmil Sadiq, Türkiyə türkcəsindən dilimizə uyğunlaşdıran isə Sara Sadıqovadır
Yaradılışın (Tanrının) bizim Onunla/Onlarla uğurlu rəqabətə girməyimizin qarşısını alma üsulunu müzakirə etməzdən əvvəl ingiliscə God (Tanrı) sözünün nə məna verdiyinə baxaq. Erkən xristianlıq – sonradan Avropada Aryanizm (türkcə Ari) kimi tanınan ilk türk dini Tenqri, insanın daxili kimliyini ən yaxşı şəkildə ifadə edən və üzə çıxaran İlahi kəlamlar söyləməsinə icazə verirdi.
Aşağıda qədim türk ruhanilərinin mənəvi tələbatlarını ən yaxşı şəkildə ödəyən ruhani və zehni vəziyyətlərinin (Tanrılar) siyahısından bir bölmə verilib:
Hodai/Xodai. Qədim Türklər “H” ilə “X” hərfini əsasən eyni səs hesab edirdi, çünki bir çox dildə “H” hərfi boğaz samitidir. Bu, ingilis dilindəki God kəlməsində Yaradılışın (creation) bütünlüklə görünmədiyi arxetipdir. Əslində “Hər bir şeyin qaynağı” mənasındakı “vulva”, yaxud “vagina”, ya da yaradılış (creation) mənasını verirdi. Qara türklər, yaxud indiki yəhudilər və xristianlar (Pançala Kriştaya), ya da katolik (Ketylika) adlandırdıqlarımız ilahi təzahür üçün bu kəlməni seçmişlər. Türkcə və sanskritcədən törəyən Kəşmir dili “Tanrının əsas təbiətini” bu cür ifadə edir: Tanrı “hansısa bir şeyin kökü, başlanğıcı” anlamındadır. (Ref: George A. Griersonun Dictionary of the Kashmiri language [“Kəşmir dili lüğəti”]). İsadan yüzlərlə il əvvəl Tanrı, ya da “Boq”a ibadət edən qədim türklərin, özlərinin ilk müqəddəs kitabı kimi “Tövrat”ı qəbul etdiklərini qeyd etmək qəribədir. Bu, onların da Pançala Kristaya olduqlarının sübutu ilə yanaşı, Katolik xristianlığının bozqır yanğını kimi qısa müddətdə Orta Asiyanın hər tərəfinə və Hindistanın içərilərinə doğru yayılmasının başlıca səbəbidir.
- Məna və yararlılıq baxımından “Tanrı” ilə eynidir. Sanskritcə Baqa, ya da Baq (Bakh) da eyni şeyi ifadə edir, lakin qapalı mənada. Bu kəlmə türk dilindən təsirlənmiş bütün millətlərdə indi də deyilməkdədir.
- Apollonun titulu “İye”, yaxud “Yah”dır. Eyni zamanda Xrist, Kristos və Xzdır (Khz). Kristayalar (finikiyalı və türklərin həyat tərzi) üçün Arxetip Ata Xristis idi. Sibirə (Şivarya) Tanrı Şivanın (İlk beş insan nəslinin arxetipik atası Pançaya Kristaya) adı verilmişdi. Sanskritcə Dyupitar, Dyaus (Zevs), Dyudan (yəhudi yaxud Günəş tanrı) törəmişdi və hər biri də qədim türklərin ilkin tanrı görüşləri olan Tenqrinin sifətlərini təsvir etmək üçün işlətdikləri adlar idi.
Hz/Xz. Qədim türklərin İsanı, bütün insanlığın arxetipinin reinkornasiya olmuş oğlunu – Xristosu nəzərdə tutmaq üçün dediyi sözdür. Siyahımdakı növbəti Tanrı ilə həqiqətən də eynimənalıdır.
Dini Budda və İsanın digər adıdır. Adları sanskritcə dənizçilər üçün işlədilən “navaja” ifadəsindən törəmiş Navah(x)oların özlərini “Din xalqı” mənasını verən “Dinə” adlandırdıqlarını qeyd etmək maraqlıdır. Onlar da buddist və xristiandırlar. Bu kəlmə onların mənşəyi ilə bağlı heç bir şübhə yeri qoymur.
Budda. Özlərini Buddaya, ya da Hz/Xzə həsr edənlər necə düşünməli və yaşamalı olduqlarına rahiblərin, vaizlərin, xaxamların və imamların vasitəçiliyi olmadan qərar verən, öz ruhlarını özləri kəşf edən və mənəvi üstünlüyə çatmaqda qərarlı olanlardır. Hindistanda insanlara ruhanipolis dövlətini zorla qəbul etdirən dini liderlərə Brahman deyirlər.
Qospadi və ya Qozbadi. Bu ad Tenqri rahiblərinin belə tələffüz etməyə cəsarət etməyəcəkləri qədər mübarək və müqəddəs idi. Yenə də özünü linqvistik baxımdan müqəddəs təslis və xaçı gerçək elmi teologiyanın simvolu kimi qəbul edən “Məsih Budda” şəklində aşkara çıxarır.
- Mazoxistlər, şiddətdən xoşlananlar, insanın qanlı qurbanlar vermək və müqəddəs kitablar oxumaqla Tanrı qatında “doğru” olanı etdiyini düşünənlərdir. Bizim üçün insanlığın beş irqinin arxetipik Atası olan Kristini təmsil edən və şaquli dirəkdən tamamilə ayrı olan üfüqi dirəyə mismarlanmış İsanı simvolizə edir. Çünki dünya sivilizasiyası əvvəlcə Şimal Qütb dairəsində başlamış, sonra cənuba doğru – indiki Şri-Lankaya qədər yayılmışdır. Belin müridləri isə Müqəddəs coğrafi cəhətlərin şimal və cənub olduğuna qərar vermişlər. Gecələr şimal-cənub istiqamətinə uzanaraq yatmışlar. Teokratiya liderləri, terror və zorakılıqdan istifadə edərək, hər kəsi bu cür davranmağa məcbur ediblər. Beləliklə də bədənlərini və ruhlarını Balevaya, yaxud Ab-Babelə, yəni “Təlatümün atası”na təslim etmiş olublar.
Allah/Olto. Allaha, yaxud Oltoya tapınanlar həyatlarını yönləndirən, nə cür düşünüb, hərəkət edəcəklərini söyləyən diktator din adamları və vaizlərin olduğu güclü teokratik dövlətin insanlığı xilas edəcəyinə inanır, bunu təkbaşına bacarmayacaqlarını düşünürlər. Bu, Hindu Brahmanizminin bir formasıdır.
Tanrı deyillər. Amma mükəmməl fərdlər, ustadlar, rəhbərlər, yarı allahlardılar. Tanrılarınkına bənzəyən adları var: Xrist, Xristos, Rəbb, Allah, Tenri və İsa. Xesus Kristin Türk dilindəki qarşılığı Məsih (Messiah) və İsadır.
Tenqriyə ibadət edənlərin seçə biləcəkləri bir çox ilahi vardır. Oxucuların fikrini qarışdırmamaq üçün, mən sadəcə bir neçəsini qeyd etdim.
Qədim türklər, inandıqları “daxili tanrı”ları nə olursa-olsun, dini mərasimləri hər kəs üçün eyni olan Tenqri məbədində edərdilər.
Yazıçı Murad Adcı yuxarıda yazılanların çoxunu təsdiqləyir:
“Uca Tenqri, yəni türk mədəniyyətinin qəlbi kimdir?
Tenqri göydə əyləşən görünməz bir ruhdur. Uludur. Göydən və bütün dünyadan Ucadır. Buna görə də əski türklər Onu “Sonsuz mavi Göylər”, yaxud “Xan-Tenqri”, – deyə hörmətlə adlandırırdılar. “Xan” ifadəsi onun qalaktikadakı hakimiyyətinə işarə idi.
Tenqriyə olan inancın hikmətini və dərinliyini qavramaq üçün insanlar aşkar bir gerçəyi anlamalı idi: “Tanrı birdir, O, hər şeyi görür”. Ondan bir şey gizlətmək mümkün deyil. O, malikdir, O, hakimdir.
Türk milləti o zamanlar “İlahi cəzadan qorxma düsturu” ilə yaşayırdı. Lakin dəhşətlə yox. İnsanlar buna əmin idilər: Dünyada uca ədalət vardır. Bu, ilahi ədalətdir. Ondan kimsə yaxa qurtara bilməz – nə kral, nə də kölə.
Tanrı… Himayə və cəza bir varlıqda. Türklərdəki tək tanrı inancı buna söykənirdi.
Din… Məhz türk millətinin mənəvi mədəniyyətinin ən üstün nailiyyəti: insanlar bütpərəstlikdən uzaqlaşdılar. Onlar Tenqriyə daim fərqli xitab etdilər: Boq (Boqda, yaxud Boje), Xoday (və ya Koday), Alla (və ya Ollo), Qospodi (ya da Qozbadi).
Altay dağları bu sözləri 2500 il əvvəl eşitdi. Təbii ki, Tenqriyə xitablar fərqli idi.
Lakin “Tanrı” sözü daha çox adam tərəfindən tələffüz edildi; bu söz “sülhə, rahatlığa və kamilliyə qovuşmaq” mənasını verirdi. Artıq türklər Tanrı adı altında müharibələrə gedir, hər bir çətin işə Tanrı ilə girişirdilər.
“Xoday” xitabı (hərfi tərcüməsi “xoşbəxt ol” deməkdir) fərqli idi; o, bu dünyada hər şeyə qadir olan Tenqriyə işarə idi. Dünyadakı hər şeyin yaradıcısı, var edəni… Qadiri-mütləq, xoşbəxtlik verici mənaları da buradan gəlir. “Alla”nı (Ala) qədim türklər nadir hallarda – sadəcə Uca Xan Tenqridən nə isə istədiklərində tələffüz edirdilər. Ən məhrəm şeyləri… Bu söz türkcə “al”dan (əl) gəlirdi. Başqa sözlə, “verən və alan” məhz bu zaman “alla” [Allah] kəlməsi işlədilirdi. Onu tələffüz edərək dua oxumaq və Sonsuz mavi Göyə əl açmaq adətdən idi. “Qospadi” sözü də çox nadir hallarda işlənirdi. Yalnız din adamları onu söyləmək ixtiyarına sahib idilər. O, hərfbəhərf “gözü açan”, yaxud “gözə işıq verən” mənasında idi. Bu, Tenqriyə ən uca, ən məhrəm xitab hesab olunurdu. Çox dərin bir mənası var idi. Ruhən təmiz, dindar adam onu söyləyərək hadisələrin görünməyən tərəfini anlamaq üçün doğru yola yönləndirilməsini niyaz edərdi. İllər keçdikcə, insanların dua etmək, bayram keçirmək, oruc tutmaq qaydası daha kəskin və açıq şəkildə məlum olmağa başladı. Bu qaydaları “ayin” adlandırdılar. Ayini din adamları idarə etdi. Türk din adamları digər insanlardan geyimləri və aydın fikirləri ilə fərqlənirdilər. Onlar uzun qaftanlar və sivri uclu papaqlarla gəzirdilər. Ən yüksək rütbəli ruhanilər ağ qiyafə geyinirdilər; qalanları isə qara geyimdə olurdular. Təbii ki, qədim sənətkarlar din adamlarını Altay qayalıqlarına “həkk etdilər”. Bu gün onların necə olduqlarını, xalqın onları necə adlandırdığını, dini yayan əsrarəngiz “bəyaz qiyafəli gəzgin-dərvişləri” bu təsvirlərə baxaraq tanıyırıq.
Türklər dörd tərəfi bərabər uzunluqda olan xaçı Xan-Tenqrinin simvolu seçdilər və buna “aji” adını verdilər. Qeyd etmək lazımdır ki, qədimdə Türk mədəniyyəti xaça aşina idi. “Əyri” xaç isə cəhənnəmin və əski yeraltı tanrıların simvolu idi.
Əvvəllər xaçın quruluşu sadə idi, sonra əsl sənət əsəri oldu. Bunları zərgərlər edirdilər. Onlar ruhu parıldatması və güldürməsi üçün xaçı qızıldan düzəldir, dəyərli daşlarla bəzəyirdilər.
Əyri xaçlar Altayda, təxminən üç-dörd min il əvvəl meydana gəldi. Ancaq, doğrusu, bunlar yenə də xaç deyildilər. Onu Tenqri inancı haqqında bilən avropalılar “xaç” adlandırdılar.
Xaç, yəni, iki xəttin kəsişməsi. Tenqri simvolunda heç bir kəsişmə yoxdur. Burada başqa bir məna var. Günəşin dairəviliyi təsvir edilir, ondan isə dörd şüa yayılır. Tenqri məhz belə simvolizə edilib.
Günəşin şüaları. Daha doğrusu, eyni mərkəzdən gələn ilahi nemətlərin işığı. Onlar əbədi olaraq türk ruhani mədəniyyətinə işarə edən Göyün təbiətinin simvollarıdır. Sonsuz Mavi Göylərə inanan bir millətdə başqa cür ola da bilməzdi.
Bəzən, Tenqrinin simvoluna aypara da əlavə etdilər. Bu isə tamam ayrı məna verir, zamanı (bu dünyanı) və əbədiliyi (o biri dünyanı) xatırladırdı. Onsuz da qədim türklər zamanı ayın və günəşin birliyi kimi anlayırdılar. (Onların on iki ilə əsaslanan təqvimi də buradan gəlir).
Tenqrinin simvolunu savaş sancaqları üzərinə həkk etdilər. Onu zəncirlərə taxaraq sinələrində daşıdılar. Alınlarına döymə etdirdilər. Sənətkarlar onları bəzəklərə və motivlərə işlədilər. Başqa cür necə ola bilərdi? Milli adət-ənənələr də məhz belə yaranır.
Dravidian müqəddəsi dostum Şri Subaş Boseyə Ten-qri kəlməsinin nə məna verdiyini bilib-bilmədiyini soruşdum.
Sual:
“Əziz Bose qardaş.
Sənə göndərdiyim, türk tarixçisi Murad Adcının elektron kitabını yəqin ki artıq oxumusan. Qədim türklərin Tanrısı Tenqridən bəhs edir. Bu kəlmənin gerçək mənasını tapmağa çalışırdım. Əksər vaxtlarda hansısa sözün mənasını tapmaq üçün sanskritcə lüğətə baxmaq kifayət edirdi. Lakin bu dəfə tapa bilmədim. Hinduizmlə bağlı araşdırmalarımda da tapa bilmədim. Ancaq cənab Adcı türklərin Hindistana köçdüyü zaman Ramanaların və ya hindlilərin Tenqrini başlıca tanrılardan biri kimi qəbul etdiyini söyləyir. “Giri” sözünün “dağ və Meru dağını əhatə edən səkkiz dağ” mənasını verdiyini anladım. Ancaq “Ten”in mənasını tapa bilmədim. Linqvistik baxımdan “Danu” sözünə yaxındır. Rusiyadakı türk respublikalarından biri Danu, Tuva, ya da Tıva adlanır. Bəzi Cənub-qərbi Amerikalı hindu qəbilələrinin də özlərinə Tanu, yaxud Teva deməsi olduqca qəribədir. Qardaşım Bose, Tenqrinin hansı Hindu tanrısı olduğunu deyə bilərsənmi? Kubera olacağından şübhələnirəm. Bəlkə, Şiva da ola bilər. Kubera ehtimalını düşünməyimin səbəbi, onun dəmiri kəşf etməsidir. Kuberanın digər adı da “fateh” mənasındakı Danudur. Sən nə deyirsən? Mənimlə razılaşmağa məcbur deyilsən. Çünki ciddi mənada fikrini öyrənmək istəyirəm.
Cavab:
“Əziz Gene qardaş.
Tanrı Kuberanın digər adı “Tanatxan”dır.
Tenqri kəlməsi tamilcədəki Thenqriyə bənzəyir. Then, ya da ten (güney) mənasındadır. Therku kəlməsinin qısaldılmış forması Temdir. Qri, yaxud Kridağ mənasındadır, Himalaya-İmmayamın cənub (Then, yaxud Ten) hissəsindəki dağdır (Qri). Tamil Nadunun bir çox yerində və qismən Maduray şəhərinə və həndəvərinə çatan xoş (Tendral) rüzgarların gəldiyi ərazi olan Pothigiamalay dağına Tenqri deyirlər. Müqəddəs Aqastiyanın Pothigiamalayda (Tenqridə) qaldığı söylənilir. Malayın da təpələr, yaxud dağ mənasına gəldiyini də bilməlisən.
Tanam – qızıl deməkdir. Qri, yaxud Krini buna əlavə etsək, Meru dağı olaraq bilinən “Qızıl dağ” mənasını verər. “Dhan+vandari”, yaxud “Tan vandri” adlı bir İlahə adı da var.
Bu ikisini müqayisə etsək, “Tenqri” dedikdə, İlahələrin yaşadığı yer olan Meru dağının nəzərdə tutulması mümkündür.
İsa Məsihin ruhani olaraq və qan bağıyla qədim Kristayaların (Arilər) soyundan gəldiyini iddia etdiyimə görə, İsa Mə-sihin ilk insan olduğu məsələsini müzakirə edərkən “Tanrı” kəlməsinin üstünlüyünə yol verəcəyəm. Şübhəsiz, dünyada Tanrı üçün işlədilən bir çox ad vardır. Ehtimal ki, Tufandan əvvəl və sonra dünyada Tanrı üçün işlənən ən məşhur ad Tenqri, ya da Tenriydi. Adın bir mənası yoxdur. Vacib olan say əldə etməkdir”.
Tanrı kəlməsinin əsl mənası, yaradılışın dişi (matriarxat) olduğuna işarə edir. Bununla bağlı heç bir şərhim yoxdur. Bose qardaşın da izah etdiyi kimi, bəlkə də bunların heç biri lazım deyil.