Türklərin 6000 illik ənənəsi

81 Baxış

Qartallar Orta Asiyanın berkutçu ənənəsini nəsillər boyu davam etdirir.

_91408275_p0494nwm

Monqolustanın qərbindəki Altay bölgəsi yer üzünün gediləsi ən çətin yerlərindən biridir. Buralara çox da səfərlər edilməz. Monqolustan, Qazaxıstan, Çin və Rusiya ilə sərhəddi olan Altay dağlarının qarlı zirvələri keçilməz yüksəkliklərlə doludur.

_91408277_p0494qr9

Bayan Olgi bölgəsində 3000 metrlik bir hündürlükdə, Bikbolat soylu bir etnik qazax. Başında tülkü dərisindən hazırlanmış papaq, kürəyində qoyun dərisindən bir geyim. Qolunda daşıdığı qartal, həyəcanlı baxışlarla ovunu axtarır. Bikbolat bölgədə qartalla ov edən 250 nəfərdən biridir. Orta Asiyanın berkutçu adı verilən 600 illik bu ənənəsini yaşadan az sayda insanlardan biri.

_91408279_p0494pt5

Məşhur səyyah Marko Polo, Çingiz xan ilə Kubilay xanın da, minlərlə ov quşunun olduğunu yazmışdı. Bayan Olgi bölgəsininin əhalisinin çoxunu etnik cəhətdən qazaxlar təşkil edir. Bunlar 1800-cü illərin ortalarında rus imperiyası tərəfindən buraya sürgün edilmişlər. Burda yaşayan qazaxlar, müasir dünyadan uzaq, yurd adını verdikləri çadırlarda sərt qışa qarşı həyatlarına davam edirlər. Onların tək məşğuliyyəti ov quşları-qartallar yetişdirmək və at belində ov etməkdən ibarətdir.

_91408281_p0494nrz

Ovçu ilə qartal arasındakı əlaqə olduqca vacib məsələdir. Bu inamı yarada bilmək üçün qartalların hələ erkən vaxtlardan öyrədilməsi lazımdır. Uşaqlara və qoyunlara zərər verməməyi öyrənirlər əvvəlcə… Dişi qartallar erkəklərdən daha ağır olduqları üçün daha yaxşı ov edirlər və daha böyük ov gətirirlər.

Qartalların öyrədilməsi illərlə davam edən çətin bir prosesdir. Öyrədilmiş qartal, at belindəki ovçunun sol qolu üzərində olur. Təcrübəli bir ovçu, qartalın qolundakı yüngül caynaq sıxıntısından ovunu hiss edir.

Bəzi qazax ovçuları köhnə rus istehsalı tüfəngləri ilə arada bir dovşan ovlasa da ov işini əsas götürərək qartallarla ov etməyə daha çox üstünlük verirlər. Qartalların gözləri insanın görmə qabiliyyətindən səkkiz dəfə daha güclüdür. Ən çox ovladıqları heyvanlar dəriləri ilə məşhur tülkü və dağ siçanı, bayquş, canavar və hətta bəbirləri belə ovlaya bilirlər.

_91408435_p0494p47 (1)Ov daha çox qartalların ən zəif və ac olduqları qış mövsümündə olur. Bikbolat aşağıdakı düzənlikləri göstərərək başını tərpətdi. Qar yağmaması iz sürməyi çətinləşdirir. Ov üçün uyğun bir vaxt deyildi. Qolundakı quşun sakit və tətikdə gözləməyini təmin etmək üçün gözlərini yummuşdu. Dağın ətəyinə bir neçə ət parçası yerləşdirdikdən sonra qartalın gözlərini açaraq uçurdu.

_91408437_p0494qgmOlgi bölgəsində hər ilin sentyabr ayı qartal ovçularının festivalı günü olur. Burada ovçular ov bacarıqlarını nümayiş etdirdikləri kimi, at üstündə “kökbar, tenge ilu” kimi milli qazax oyunları oynayırlar.

“Qız Kuu” adlı oyunda qadınlarla kişilər at üstündə yarışırlar. Kişilər qazandıqda qadınlarından yanaqlarından öpür, ancaq bitiş yerinə qədər qadını tuta bilməzsə qadın kişinin arxasından at çaparaq onu qamçılamağa çalışır.

Bütün bunlara baxmayaraq get-gedə əski ənənələr yox olmaq üzrədir. Monqol örüşlərində son illərdə çoxlu sayda heyvanların otlaması bölgədəki vəhşi heyvanların azalmasına səbəb oldu. Həmçinin, turizmin də buna təsiri vardır. Bikbolat ovçuluğun artıq həyatı bir ehtiyac olmadığını söyləyir.

_91408441_p0494qt1Bikbolat ovçuların həyat tərzini sonda bir atalar sözü ilə yekunlaşdırır: “Sürətli at və qorxusuz qartal qazaxların qanadıdır”.

Bölmə : Araşdırma, Manşet