Türkmən alimi Ədəbiyyat İnstitutunun qonağı olub

14 Baxış

fff12

Türkmənistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun elmi katibi Kakajan Janbekov Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun qonağı olub.

Senet.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda hazırlanan türk xalqları ədəbiyyatı antologiyası ilə bağlı ətraflı söhbət açıb. Türkmən ədəbiyyatının da yer alacağı cildlərin materialları üzrə geniş müzakirə aparılıb. Akademik İsa Həbibbəyli on cildlik Türk xalqları ədəbiyyatı antologiyasının ilk cildini əhatə edəcək Türkiyə şeir antologiyasının artıq çapa hazır olduğunu və institutun 2015-ci il üzrə nəşr planına salındığını bildirib. Bildirilib ki, növbəti cilddə Türkmənistan ədəbiyyatını qədim dövrdən tutmuş müasir dövrü də əhatə edəcək materilların hazırlanması ilə bağlı işlərə başlanıb.

Türkmənistan EA Əlyazmalar İnstitutunun elmi katibi Kakajan Janbekov akademik İsa Həbibbəyliyə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. Qonaq təmsil etdiyi institutun əməkdaşları adından antologiyanın nəşri ilə bağlı iki dost ölkənin elmi tədqiqat müəssisələri arasında davam edən əməkdaşlıqdan məmnun olduqlarını və lazımi köməklik göstərəcəklərini bildirib.

Daha sonra çıxış edən Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyev türkmən ədəbiyyatı antologiyası ilə bağlı aparılan işlərlə bağlı məlumat verib.

Akademik İsa Həbibbəyli Türk xalqları ədəbiyyatı çoxcildliyinin nəşrinin böyük əhəmiyyətini qeyd edərək bundan sonra da digər türk ölkələrin ədəbiyyatşünasları ilə elmi əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10