Türkmənistanda keçiriləcək Kitab Sərgisində Azərbaycandan yalnız “Hədəf” və “XAN” nəşriyyatları iştirak edəcək

74 Baxış

turkmenistan2Hədəf Nəşrləri və “XAN” nəşriyyatının nümayəndə heyəti Sentyabrın 20-28-i tarixlərində, Türkmənistanda keçiriləcək X Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edəcək.

Bu barədə Senet.az-a açıqlamasında “Hədəf” Nəşrlərinin direktoru Müşfiq XAN məlumat verib. O, sərgidə iştirak etməklərində əsas məqsədin Azərbaycan Ədəbiyyatı və Mədəniyyətinin təbliğinə töhfə vermək olduğunu qeyd edib: “Komandamız bu Beynəlxalq tədbirdə Azərbaycan Ədəbiyyatı və Mədəniyyətinin təbliği, yeni əsərlərin və müəlliflərin təqdim edəcək yeganə təşkilatdır. Dünən başa çatan IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasındakı yorğunluq bitmədən növbəti Beynəlxalq Kitab Sərgisən qatılmaq, ardınca Frankfurtda keçiriləcək başqa bir möhtəşəm Beynəlxalq Kitab Sərgisində iştiraka hazırlaşmaq, bütün bunlar və başqa tədbirlər ölkəmizdə kitabın, ədəbiyyatımızın təbliği adına böyük fədakarlıqdır. Artıq nümayəndə heyətimizin üzvləri Hədəf Nəşrlərinin təsisçisi, f.ü.f.d., dosent Şəmil Sadiq və Hədəf Kurslarının Beynəlxalq Əlaqələr üzrə direktoru, t.ü.f.d. Elvin Əliyev, İstiqlal Tədris Mərkəzinin təsisçisi Amil Həsənov, Samir Turan Türkmənistana yola düşüblər”.

Qeyd edək ki, nəşriyyatlar sərgi günlərində keçiriləcək müsəbiqəyə 7 nominasiya üzrə müxtəlif nəşrlərini təqdim ediblər. Sərgi müddətində Şəmil Sadiqin və Elvin Əliyevin Ədəbiyyatda türklərin tarixi mövzularında çıxışları olacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10