“Türkologiya” jurnalının 2016-cı il üçün 1-ci sayı

30 Baxış

türkologiyaAzərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin orqanı olan “Türkologiya” jurnalının 2016-cı il üçün 1-ci sayı yaxın günlərdə işıq üzü görəcək. “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Rusiya, Türkiyə, Qazaxstan, Türkmənistan, Almaniya, Albaniya və Azərbaycan alimlərinin məqalələri yer alır. Oxucu dilçilik, folklor, mifologiya, tarix və digər sahələrdə diqqətəlayiq elmi nümunələrlə qarşılaşacaq. AMEA-nın Rəyasət Heyətinin qərarı ilə jurnal artıq daha geniş istiqamətləri ehtiva edir. Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Dilçilik problemləri”, “Ədəbiyyat və folklor”, “Mifologiya”, “Fəlsəfə və tarix”, “Yazılı abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin “Müzakirə və diskussiya”, “I Türkoloji qurultay”ın 90 illiyi, “Kitabi-Dədə Qorqud” dastanının dünya elminə tanıdılmasının 200 illiyi, “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrində toplanan yazılar oxucuların marağına səbəb olacaq. Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının ənənələrinin davamı və türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.