“Türkologiya” jurnalının 2017-cı il üçün 1-ci sayı çapdan çıxıb

60 Baxış

14931004211551452187_1000x669

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu Beynəlxalq “Türkologiya” jurnalının 2017-cı il üçün 1-ci sayı çapdan çıxıb.

Bu barədə Senet.az-a məlumat verən jurnalın Məsul katibi Elçinİbrahimov, “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Yaponiya, Polşa, Misir, Rusiya alimlərinin məqalələrinin yer aldığını vurğulayıb.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə jurnal artıq daha geniş istiqamətləri ehtiva edir. Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Ədəbiyyat və Folklor”, “Yazılı Abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin akademik Ağamusa Axundovun 85 illik yubleyinə həsr olunmuş yazılar “Ağamusa Axundov-85” rubrikasında, “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrində toplananvyazılarvoxucuların marağına səbəb olacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “SovetskayaTürkologiya” jurnalının ənənələrinin davamı və türkologiyan ıtəkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.

Qeyd edək beynəlxalq “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

Jurnalla bağlı ətraflı məlumat: www.turkologiya.org səhifəsindən əldə etmək olar.

KÖŞƏ YAZARLARI
TOP 10