“Türkologiya” jurnalının 2020-ci il üçün 2-ci sayı çapdan çıxıb

19 Baxış

turkologiya 2 uz

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 2-ci sayı (2020) işıq üzü görüb.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov məlumat verərək bildirib ki, “Türkologiya” jurnalının 2-ci sayında türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk, ingilis və rus dillərində elmi məqalələr dərc olunub. O qeyd edib ki, jurnalın bu sayında amerikalı altayşünas Denis Sinorun “Ural-Altay əlaqələri problemi” adlı araşdırması, Kamilə Vəliyeva və Gülnara Cəfərovanın “Maşın tərcüməsində sözün semantik təhlili”, Mehman Abdullayevin “Xanlıqlar dövründə Azərbaycanda ali zümrə nümayəndələrinin sayı (Quba, İrəvan və Naxçıvan xanlıqlarına aid məlumatlar əsasında)” başda olmaqla bir çox orijinal məqalələrə yer verilib.

Junralın budəfəki sayı rubrikalar baxımından da zəngindir. Belə ki, klassik irs, dilçilik, ədəbiyyat və folklor, tarix və etnoqrafiya, mədəniyyət və incəsənət, müzakirə və diskussiya, türkoloji mərkəzlər rubrikalarında ABŞ, Qazaxıstan, Türkiyə, Bolqarıstan, Özbəkistan və Rusiyanın elmi mərkəzlərindən göndərilmiş sanballı elmi araşdırmalar dərc edilmişdir. Məqalələrdən bir neçəsini nümunə verək: İvan Dobrev “Erkən orta əsrlərdə xarəzm əlifbası ilə yazılmış bulqar yazıları” (Bolqarıstan), Səlçuk Türkyılmaz “Yeni Kafkasya” jurnalı və müstəqil Azərbaycan ideyasının təbliği” (Türkiyə), Maya Mançxaşvili “Gürcüstanda türkologiya” (Gürcüstan) və s.

“Elmi həyat, resenziyalar, personalia və nekroloqlar rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə dair maraqlı yazılar dərc edilib.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10