“Türkologiya” jurnalının 3-cü sayı nəşr olundu

45 Baxış

turko

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün 3-cü sayı işıq üzü görüb.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun Senet.az-a verdiyi məlumata görə, “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Özbəkistan, İraq, Qazaxıstanlı alimlərinin məqalələri yer alıb.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Dilçilik”, “Ədəbiyyat və Folklor”, “Yazılı Abidələr”, “Müzakirə və Diskussiya” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də, “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında, toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

 

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10