“Türkologiya” jurnalının dördüncü sayı çapdan çıxıb

7 Baxış

15138482284390732424_1000x669

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2017-ci il üçün dördüncü (sonuncu) sayı işıq üzü görüb.

AMEA-dan Senet.az-a bildirilib ki, “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində yerli alimlərlə yanaşı, ABŞ, Türkiyə, Rusiya və Bolqarıstan alimlərinin məqalələri yer alıb.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın bu sayında “Klassik irs – portretlər”, “Dilçilik”, “Tarix və etnoqrafiya”, “Mifologiya”, “Müzakirə” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat” rubrikalarında toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə dörd dəfə nəşr olunur. Jurnalın növbəti 2018-ci il sayları üçün məqalə qəbulu davam edir.