“Türkologiya” jurnalının nəzdində növbəti seminar keçiriləcək

12 Baxış

28279627_1526620234052762_2575711524077393626_n

Mart ayının 2-də saat 11-də AMEA-nın Mərkəzi Elmi Kitabxanası Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının növbəti seminarı keçiriləcəkdir.

Seminarın bu dəfəki mövzusu “Mahvedilmiş Türkoloji” kitabının təqdimatına və tərcüməsi məsələlərinə həsr olunacaqdır.

Seminar “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimovun moderatorluğu ilə keçiriləcəkdir.

Qeyd edək ki, jurnalın nəzdində seminarlar ayda bir dəfə jurnalın redaksiyasında keçirilir. Seminarda müxtəlif elm sahələrinin nümayəndələrini maraqlandıran elmi-praktik problemlər ölkəmizdə və dünyada aparılan türkoloji tədqiqatların müzakirələri aparılır.

Əlaqə üçün: 012 537 20 83