“Türkologiya” jurnalının növbəti seminarı keçirilmişdi

9 Baxış

101488_8msuhdz63a

Dekabrın 15-də “Türkologiya” jurnalının nəzdində növbəti beynəlxalq seminar keçirilib.

Budəfəki seminarın qonağı Rusiya Federasiyası Ural Federal Universitetinin professoru leksandr Nesterov idi. Professor A.Nesterov “Türk dünyası və Avropa Birliyi: Qlobollaşan dünyada elmi əlaqələr” mövsuzunda məruzə ilə çıxış edib. Seminarda AMEA Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü akademik Möhsün Nağısoylu, professor Aydın Ələkbərov, Məsud Mahmudov, institutun kompüter dilçiliyi şöbəsinin müdiri professor Kamilə Vəliyeva, direktor müavini Baba Məhərrəmli, elmi katib Aynel Məşədiyeva, institutun əməkdaşları Aytəkin Ələkbərova, Aytən Bəylərova, Nəzakət Qazıyeva, Rasim Heydərov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin müəllimləri Arzu Məmmədova, Elvira Lətifova,”Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov və jurnalın əməkdaşları iştirak ediblər.

Əvvəlcə jurnalın baş redaktor müavini, Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu professor A.Nesterovun elmi fəaliyyəti və jurnalın nəzdində keçirilən seminarın əhəmiyyəti haqqında danışıb.

“Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov çıxışında seminar haqqında geniş məlumat verərək qeyd edib ki, “Türkologiya” jurnalının nəzdində seminarların keçirilməsi ideyası jurnalın baş redaktoru, akademik Kamal Abdullayevə məxsusdur. Jurnalın ilk seminarı məhz akademik K.Abdullayevin təşəbbüsü ilə beynəlxalq məsləhətçilərin iştirakı ilə keçirilib və bu ilk addım artıq ənənəyə çevrilib”.

Daha sonra seminar öz işini professor A.Nesterovun məruzəsi ilə davam etdirib. Professor A.Nesterovun siyasət, iqtisadiyyat, tarix və elmlə bağlı irəli sürdüyü orijinal fikirlər və Avropa Birliyinin türk dünyası ilə münasibətlərinin bütün aspektlərdə təhlili iştirakçılarda böyük maraq oyadıb və mövzu ilə bağlı sualların yaranmasına yol açıb. Professor A.Nesterov Avropa Birliyinin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxstan, Türkmənistan və digər türkdilli ölkələrə münasibəti, qloballaşma dövrünün türk dünyasının mənəvi dəyərlərinə təsirləri və bu məsələlərdə Rusiyanın mövqeyi ilə bağlı suallara xüsusilə ətraflı cavab verib. Məruzənin sonunda professor A.Nesterov seminar iştirakçılarına təşəkkürünü bildirərək ölkəmizi çox sevdiyini və Azərbaycana olan marağının onun tarixini araşdırmağa sövq etdiyini vurğulayıb.

Seminarın sonunda mövzu ilə əlaqədar müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, A. Nesterov həm də “Türkologiya” jurnalı beynəlxalq redaksiya heyətinin tarix üzrə üzvüdür.