“Türkologiya” jurnalının yeni nömrəsi nəşr olunub

5 Baxış

15002725403687726962_1000x669

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 2017-ci il üçün ikinci nömrəsi işıq üzü görüb.

Jurnalın məsul katibi Elçin İbrahimov Senet.az-a bildirib ki, “Türkologiya” jurnalının bu nömrəsində Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Almaniya, Əfqanıstan alimlərinin məqalələri yer alıb.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalda “Klassik irs”, “Heydər Əliyev-94”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Mədəniyyət və incəsənət”, “Yazılı abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, eləcə də “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia” rubrikalarında toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının elmi və mədəni ənənələrini davam etdirmək və onu təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin nümayəndələri üçün də maraqlı etməkdir.

“Türkologiya” jurnalı ildə dörd dəfə, üç aydan bir nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.

KÖŞƏ YAZARLARI
TOP 10