“Türkologiya” jurnalının nəzdində növbəti seminar

33 Baxış

13238925_1634775593510475_2382907805608578451_n

05 oktyabr 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Türkologiya” jurnalının növbəti seminarı keçiriləcəkdir.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə daha geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın məqsədi “Sovetskaya Türkologiya” jurnalının ənənələrini davam etdirmək və türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.

Məhz bu baxımdan jurnal hər ay türkologiya elminin qarşısında duran müxtəlif problemlərin araşdırılması mövzusunda seminarlar keçirir.

“Türkologiya” beynəlxalq jurnalının budəfəki seminarı “Müasir türkologiyanın aktual və mübahisəli problemləri” mövzusuna həsr olunacaqdır. Seminar Azərbaycanın əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı alim Zümrüd Quluzadənin moderatorluğu ilə keçiriləcəkdir.

Yer: AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 301-ci otaq

Tarix: 05 oktyabr 2017-ci il, saat: 11:00