“Türkologiya” jurnalının 2016-cı il üçün sonuncu sayı nəşr olunub

72 Baxış

turkologiya 4

 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu Beynəlxalq “Türkologiya” jurnalının 2016-cı il üçün sonuncu (№4) sayı çapdan çıxıb.

Jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində, Türkiyə, Polşa, Moldova, İran, Özbəkistan, Ukrayna və Azərbaycan alimlərinin məqalələri yer alıb.  AMEA-nın Rəyasət Heyətinin qərarı ilə jurnal artıq daha geniş istiqamətləri ehtiva edir. Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Dilçilik”, “Mədəniyyət və İncəsənət”,  “Tarix və Etnoqrafiya”, “Yazılı Abidələr”, “Müzakirə və Diskussiya” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrində toplanan yazılar oxucuların marağına səbəb olacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının ənənələrinin davamı və türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.

KÖŞƏ YAZARLARI
TOP 10