TÜRKSAV 2017-ci ilin laureatlarını açıqlayıb

8 Baxış

15149140402519546100_1000x669

Türk Dünyası Yazıçılar və Sənətçilər Fondu (TÜRKSAV) 2017-cı il üçün türk dünyasına xidmət mükafatlarının sahiblərini müəyyən edib.

Senet.az xəbər verir ki, TÜRSAV-ın sədri Yehya Akengin Ankarada keçirdiyi mətbuat konfransında laureatların adlarını açıqlayıb. Bildirilib ki, Azərbaycandan yazıçı-publisist Sona Vəliyeva, Türkiyədən Türk Tarix Qurumunun sədri Refik Turan və tarixi tədqiqatçı Ahmet Taşağıl, Qazaxıstandan şair Rafael Niyyazbek, Almaniyadan ictimai fəal Musa Serdar Çelebi, Holandiyadan QHT təmsilçisi Mahmet Tütünçü və başqalarının türk dünyası qarşısında böyük yaradıcılıq işləri və digər xidmətləri münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Bundan başqa, TRT musiqi kanalı və “Ayla” bədii filmi də mükafata layiq görülüblər.

Mükafatlar laureatlara bu ilin mayında TÜRSAV ilə Tokat Şairlər və Yazıçılar Dərnəyinin birgə təşkilatçılığı, Tokat vilayətinin Niksar rayon kaymakamlığı və bələdiyyəsinin ev sahibliyi ilə keçiriləcək mərasimdə təqdim olunacaq.

KÖŞƏ YAZARLARI
TOP 10