“Oğuz Kağan Dastanı” kitabı nəşr olunub

15 Baxış

14344299_604775863029178_7952967207050846098_n

   “Oğuz Kağan” dastanı  ilə bağlı bugünə qədər bir çox tədqiqatçılar ciddi araşdırmalar aparmışdır. Ancaq Türkün mədəniyyətinin və milli kimliyinin ən qiymətli xəzinələrindən biri olan dastanın, bütün nüsxələrinin kompleks şəkildə dəyərləndirilmiş vahid mətn şəklinə salınmış nüsxəsi hələ də movcud deyildi. Çox böyük əmək sərf edilərək, professor Necati Dəmir tərəfindən hazırlanan Ötüken nəşriyyatındda çap olunan kitabın bir çox nüsxələri birləşdirilmiş və tam bir mətn əldə edilməyə çalışılmışdır. “Oğuz Kağan Dastanı” digər adı ilə “Oğuznamə” türkün kimlik kitabıdır. Əsər bütövlükdə, bir türk tarixi, türk dili, türk ədəbiyyatı, türk mədəniyyəti, türk sosiologiyası, türk siyası tarixi, türk hüquq tarixi kitabıdır.

“Oğuz Kağan” dastanı, günəşin doğduğu yerdən, günəşin batdığı yerə qədər bütün dünyanın Oğuz Kağan tərəfindən fəthinin kitabıdır. Oğuz Kağan ata yurdu olan İssik-kul gölü ətrafında ordusu ilə birlikdə hərəkət edərək bütün dünyaya səfərlər edir. Bütün Asiyanı, Avropanı və Afrikanın şimalını və bütün bunların nəticəsində Anadolunu da Oğuz ölkəsi edir… Kitab türkün milli kimliyinin araşdırılmasında çox böyük əhəmiyyət kəsb edir.

Bölmə : Manşet, Əlfəcin