“Qobustanın sirri” kitabı nəşr olunub

38 Baxış

IMG1

 

Qobustan qayaları və türklərin tarixi ilə bağlı bir çox maraqlı faktlarla zəngin olan Qobustanın sirri (Qıpçaqlara gedən yol) kitabı Türkiyədə, Bitlis Eren Universiteti Nəşriyyatı tərəfindən çap olunmuşdur. Kitabı nəşrə hazırlayan Türk Dil Qurumunun üzvü, Atatürk Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun müdürü professor Cengiz Alyılmazdır.

Müəllfin “ömür kitabım” dediyi, bir çox cəhətləri ilə “öncü” və “cığır açıcı” xüsusiyyətlərə sahib bu əsər türklərin sirli tarixinin öyrənilməsi baxımından əhəmiyyəti çox böyükdür. Kitab məlumat və material baxımından çox zəngindir. 691 səhifədən ibarət olan kitabda bugünə qədər türklərin tarixindəki çox ciddi məsələlər öz geniş izahını tapmışdı. Türklərin şanlı tarixində bir çox mübahisəli məqamlara açıqlıq gətirən bu əsərdə Qobustan qayalarının sirlərindən və qıpçaqlara gedən yolun hardan başlayıb, harda qurtarması haqqında danışılır.

Kitabın bu il Türkiyə Cümhuriyətinin prezidenti Rəcəb Tayyib Erdoğan tərəfindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təqdim edilməsigözlənilir. Kitabın yaxın zamanda yüksək səviyyədə təqdimatı keçiriləcəkdir.

Bölmə : Manşet, Əlfəcin