“Türkün qızıl kitabı” qırğız diində çap olunub

5 Baxış

2017-12-04-15-33-55tariel-ozturk

ABŞ da yaşayan gökəmli türkçü alimimiz Tariyel Azərtürkün 1300 səhifəlik “Türkün qızıl kitabı” adlanan “Генезис тюрка и тюркского языка (на основе клинописи)” kitabı axır ki, ərsəyə gəldi və kitab Qırğızıstanda işıq üzü gördü.

Tarix öncəki Türkün və onun sonrakı 8 minillik Yazılı Tarixinin bütün dünya üzrə təbliğində və öyrənilməsində bu kitabın önəmli rol oynayacağına şübhə yoxdur.

Onminillik türk tarixinin bu cür fundamental və dərindən tədqiqi Ermənilərin və onları dəstəkləyənlərin Qarabağın da bizim ərazi olmaması iddialarına son qoyaraq heçə endirəcəkdir. Yazılı yaddaşı tapılmış Türkün bu torpaqlarda ən qədimlərdən varlığının sübutu kitabda öz əyani təsdiqini tapmışdır.

Kitabın tutumunun bütün dünya xalqlarına çatdırılması missiyası ilə biz Qarabağın Azərbaycana qaytarılması prosesinin də ölçüyəgəlməz dərəcədə sürətləndirilməsinə nail ola bilərik.

Bu kitab xalqımıza, Vətənimizə, dövlətimizə bir türk oğlu kimi görkəmli araşdırmaçı alimimiz Tariyel Azərtürkün ödəyərli töhfəsidir. Xalqımız, millətimiz, dövlətimiz üçün xeyirli uğurlu olsun. Sizə yeni araşdırmalarınızda uğurlar arzulayıram, millətimizin vətənpərvər dəyərli alimi.

Qeyd edək ki ümumi tutumu 1300 səhifədən ibarət olan kitab iki hissədən ibarətdir. Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə 500 nüsxədə nəşr olunan kitab pulsuz yayılacaq. Kitabın on minlərlə tirajla nəşrinə ehtiyac var. Fond öz imkanları daxiıində 500 nüsxə ilə nəşr etdirdiyi bu dəyərli kitab geniş oxucu kütləsi arasında yayılmasına çox azlıq edəcək. Kitabın çoxtirajlı nəşr edilmısində vətənsevənlərin köməyinə ehtiyacımlz var.

KÖŞƏ YAZARLARI
TOP 10