“Tütək səsi”nin Cəbrayılı vəfat edib

61 Baxış

cebrayilSSRİ Xalq Artisti, teatr və kino aktyoru Mixay Volontir sentyabrın 14-dən 15-nə keçən gecə Moldovada vəfat edib. Senet.az xəbər veirr ki, bu barədə aktyorun həyat yoldaşı məlumat verib. Aktyor 81 yaşında uzunsürən xəstəlikdən sonra həyatla vidalaşıb.

O, 1934-cü il martın 9-da anadan olub. Aktyor “Qaraçı” və “Budulayın qayıtması” filmlərində ifa etdiyi Budulay obrazı ilə məşhurlaşıb.

Azərbaycan tamaşaçıları Volontiri rejissor Rasim Ocaqovun çəkdiyi “Tütək səsi” filmində ifa etdiyi Cəbrayıl obrazı ilə tanıyıb.

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10