Tuvalıların köhnə adət-ənənələri – TURANDAKILAR

73 Baxış

TuvaUşaqlar

Üç yaşından on üç yaşına qədər oğlan və qız uşaqlarının etməməsi gərəkən şeylər:

Ananın uşaqları bəsləyib böyütdüyü, yetişdirdiyi yer çadır imiş. Uşaqlar danışmağa başlayanda, əşyaların fərqinə vardığında, anaları onları oxşayıb, sevib, bəsləyib, geyindirdiyi çağda hər şeydən əvvəl nələri etməməli olduqlarını onlara anladarmış. Bu tərbiyəetmədə doğruluq, məsuliyyətlilik və öyrətmə məqsədi vardır. Bu öyrədilənlərin nələr olduğuna misallarla baxaq: Kiçik uşaqlar yastıq üzünə dəyməməlidir.

Kiçik uşaqlar sandıqlardakı bəzəyi pozmamalıdır. Sandığın kənarları bəkli, gözəl olur. Insanın üzü de elədir. Uşaqlar qab-qacaqları qırmamalıdır. Od parçası götürərək onunla oynamaq olmaz. Çünki od Tuva insanının Tanrısıdır. Heyvanların kəsildiyi yerə uşaqlar gedə və qanı görə bilməzlər. Ölünün olduğu yerə uşaqlar getməzlər və sonsuz yuxusuna yatan bir insanın yanında səs-küy edilməməlidir.  Kiçiklər başqalarına aid bir şeyi oğurlaya bilməzlər. Oğurlayarlarsa əzab çəkərək ölərlər. Uşaqlar yalan danışmamalıdır. Danışarlarsa böyüdüklərində səsləri batar.yalançı insan qara iftira yayar. Oğru və yalançının yolu birdir, cəhənnəmə gedər. Uşaqlar siqaret çəkə bilməzlər. Uşaqlıqda siqaret çəkənlərin yeddi ciyərləri çürüyər. Uşaqlar içki içə bilməzlər, içərlərsə böyüyəndə ağıldankəm olarlar. Uşaqlıqda içki içənlər yaşlı olanda girəcək ev tapa bilməzlər. Çadıra yaşca böyük olanlar gələndə uşaqlar hörmət əlaməti olaraq ayağa qalxmalıdır. Böyüklərini görəndə oturmağa davam edən uşaqlar böyüyəndə ağılsız olarlar. Böyüklər öz aralarında bir şey danışırlarsa kiçiklər onları dinləməz və çadırdan çölə çıxarlar. Uşaqların yeyə biləcəyi yeməklər var, yeyə bilməyəcəyi yeməklər var. Bunun kimi dinləyə biləcəyi danışıqlar var, dinləyə bilməyəcəyi danışıqlar var. Böyüklərin danışıqlarını kiçiklər kəsməz. Böyüklərin sözünü kəsən uşaqların böyüyəndə qulaqları kar olar.  Kiçik uşaqlar Şamanın çadırına girməzlər. Şamanın çadırına girərlərsə qarınları şişər, çünki Şamanın bütləri qısqancdır və tez əsəbləşərlər. Kiçiklər böyüklərin qarşısından keçməz. Keçərlərsə böyüdüklərində onlara heç kim hörmət göstərməz. Uşaqlar böyüklərin adını birbaşa deməzlər. Deyərlərsə boğazları şişər. Kiçiklər çadırın çölündə oynayarkən bir yad gəlsə kiçiklər itin boynundan tutar və qonaq qəbul edilər.  Yad gələndə hücum etməsin deyə itin boynundan tutan uşaq həyatı boyu yoldaş sahibi olar.  Böyüklər kiçiklərə bir şey verərlərsə iki əllə alınmalıdır. Tək əl uzadılaraq alınarsa həmin uşaq həyatı boyu yalnız yaşıyar. Hamilə ananın önündən kiçiklər keçməməlidir. Keçərlərsə qızın toyu gec olar.  Uşaqlar çadırdan uzaq bir yerdə oynamağa gedirlərsə gedəcəkləri yeri böyüklərə deməlidirlər. Ana və atasından qaçaraq  uzaq yerlərə gedən uşaqları bütün bədəni tüklərlə örtülü biri alar və bir quyunun dibinə atar. Kiçik uşağa fincanla bir şey uzadılarsa iki əl ilə götürməlidir. Götürməzsə qarnı heç zaman doymaz. Kiçiklər qabların dibini sivirməzlər, sivirərlərsə ac qalarlar. Kiçiklər suyun içinə heç bir şey atmamalıdırlar. atarlarsa sidikləri qatılaşar. Kiçiklər çiçək qopa bilməzlər, qopararlarsa qulaqları qopar.  Oğlan uşaqları ağabəylərinin(böyük qardaş) sözünü dinləməlidir. Ağabəylərinin sözünü dinləməzlərsə yaramaz insan olarlar. Qız uşaqları ablalarına(böyük bacı) cavab qaytarmamalıdır. Qaytararlarsa oynayacaq dost tapa bilməzlər. Evə qonaq gəldiyində uşaqlar dəcəllik etməməlidirlər.edərlərsə bu adətlərə zidd olar.

Üç yaşından on yeddi yaşına qədər qız uşaqlarının öyrənməsi gərəkən şeylər:

Qız uşağı üç il yaşayıb saçları kəsiləndə xalasının hədiyyə etdiyi keçənin rəngini bilməlidir. Yeddi yaşına çatan qız, əlinə süpürgə alaraq çadırın içini təmizləməyi öyrənir. Doqquz yaşına çatanda keçi, inək sağmaq öyrədilirir. Oğlaq, quzu, buzovu bir araya yığa bilməlidir. On üç yaşına çatan qıza anası oyuncaq üçün paltar tikdirir. On üç yaşındakı qız yun əyirir. On beş yaşında çay qaynatmağ bilir. On beş yaşındakı qız pendir düzəltməyi bilir. On altı yaşındakı qız kəsilən heyvanların içini təmizləməyi öyrənir. On yeddi yaşındakı qız qoyun qırxar, yun qabardar, yemək bişirər. On yeddi yaşındakı qız quzu dərisini ayırar,  özü biçər, tikər, kənarını ipək ilə bəzəyər. Bu işləri edə bilən qızın anası qızının ərə gedərkən çətinlik çəkməyəcəyini bilir. Köhnə Tuvalılar  gəlin seçib alarkən işgüzarlığına, bacarığına və insanlığına önəm verərmişlər. Qızın anası atasının və özünün üç göbəkdən yaxın qohumlarını qızına anladar. Bunun başlıca səbəbi üç göbəkdən yaxın qohumların bir-biriylər evlə bilməmələridir.

Üç  yaşından on yeddi yaşına qədər oğlan uşaqlarının öyrənməsi gərəkən şeylər:

Üç yaşındakı oğlan uşağı dayısının ona hədiyyə etdiyi atın rəngini bilməlidir. Beş yaşındakı uşağa atası qaraca küpələrdən hazırlanmış qayışı verər. Uşağa bu qayışla qaçan buzovu yaxalamağı öyrədər. Yeddi yaşındakı uşaq atasının dostu olar. Yedd yaşındakı uşağı atası buğa başı qədər yerə çıxarar. Doqquz yaşındakı oğlan dana üzərinə minər və qoyun çobanlığı etməyə başlayar. On üç yaşındakı oğlan başqalarının qoyununu güdərək qarnını doyurar və ailəsinə yardım edər. On üç yaşında oğlan yarış atına mindirilər. On beş yaşında yolunan arpanı sapından ayıraraq təmizləyər.  Təmizlənmiş arpanı dəyirmanda üyüdər. Anasına çay hazırlamaq üçün odun qırar. Atası on beş yaşındakı oğluna ot, əkin biçmək üçün dəryaz və oraq verər. On beş yaşındakı oğlan əkini sular, yabanı otları ayırar. On altı yaşındakı oğlan heyvanları özü kəsə, dərisini üzərək ətini təmizləyə bilər. Atasının icazəsi ilə yaxınlarda yaşayan qonşulara atıyla qonaq gedə bilər. On yeddi yaşındakı oğlan atın müqəddəs yelini kəsə bilər. On yeddi yaşındakı oğlan dağ aşar, təpə keçər. Öz-özünə yolçuluqlar edər. Balıq, ov ovlayıb qonşuların ət ehtiyacını ödəyər. Bu yaşdakı oğlan yarış yerlərinə gedər. Bayramlarda güləşər, milli oyunları oynayar,igidliyini göstərər. Atası oğluna üç göbəkdən qohumlarını tanıdar.

On üç yaşından on yeddi yaşına kimi qız uşaqlarının düşünməsi gərəkən şeylər:

Qızların ağzı sağlam olamalıdır. Xalq arasında gəvəzəlik edərlərsə leş görmüş quzğundan betər görünərlər. Qızlar canlı heyvanın canına qıymazlar. Qızlar yaradılandan Tanrıya yaxındır. Qızlar ətəyini açmamalıdır. Uzun ətəkli paltar geyinməlidir. Yad adamın evində yatan qızlar axmaq buzova bənzədilər. Qızlar yerdən ip, kəndir almamalıdırlar. Alsalar, doğmaqları çətin olar. qızlar mahir olmalıdırlar, tənbəl qızların yanına sevəcəkləri oğlan yaxınlaşmaz. Qızların gözləri yumuşaq baxışlı olmalıdır. Soyuq baxışlı qızlar ilanın baxışını xatırladar. Qızlar insanların yedikləri yeməklərin hamısını hazırlaya bilməlidirlər. Yemək hazırlaşa bilməyən qızların ərləri evdən qaçar. Qızlar yaş çubuq qırmaz, çiçək dərməzlər. Bunları edərsə uşaqlarına mərhəmətsiz olar. Gülər üzlü qızların yanına sevgililər yığışar, kobud qızın ətrafına it belə gəlməz.

On üç yaşından on yeddi yaşına qədər oğlan uşağının düşünməli olduğu şeylər:

Oğlan uşağının igidi yaxşıdır. Yazın istisinəç qışın soyuğuna öyrəşən oğlan pəhləvan olar. Qurd öldürən oğlan ovçu olar. Igid biri səyahət etməlidir. Yola düşən gənc atının yönünü geri çevirməməlidir. Yaxşı at sahibi zənginləşdirər, igir gənc xalqını şöhrətləndirər. Oğlan kimsəsiz yerdə qalmaqdan qorxarsa ər adını itirər. Gənc, çadırı qurmasını, sökməsini bilməlidir.  Çadırı qurub sökə bilməyən gənclə alay edilər.oğlan uşağı bacarıqlı olmalıdır, əldən ağır oğlan qarnını belə doyura bilməz. Oğlanın olu güclü olmalıdır, bir çuval taxılı ata yükləyə bilməlidir. Oğlan uşağı yola çıxmalıdır. Yaxşı at yolda, yaxşı ər at üstündə ölər. Kişi mərhəmətli olmalıdır. Yumruğunu sıxan oğlan ağzını açmış ac qurda bənzəyər. Mahnı oxuyan oğlanın başına qızlar yığışar. Oğlan uşağı şən  olarsa sağlığı da yerində olar.

 

Prof. Dr. Ekrem ARIKOĞLU

Türkiyə türkcəsindən dilimizə uyğunlaşdıran : Ruslan ŞÜKÜR

 

Bölmə : Tarix
KÖŞƏ YAZARLARI
TOP 10