Tuvalıların qədim ənənələri – TURANDAKILAR

57 Baxış

cimg16061İnsan həyatı

Qədim Tuvalıların insan həyatının mərhlələrə bölməsi

Əski Tuvalıların insan ömrünü müxtəlif mərhələlərə ayırması , onların əsrlərcə köçəri həyat sürməsindən  qaynaqlanır.Belə ki  ovçuluq , bəsləmə heyvanları yemləmək ,əkin əkmək tuvalıların qədimdən bəri gələn , və buna görədə insanlara uşaqlığından öyrədilməsi gərəkən ənənələrdir.Tuvalılar insan ömrünü Yedigire bənzədir.”Gecə səmada yedigir bəzən görünüb bəzən gözdən itsə də , onlar yeddi sayını heç vaxt itirməzlər ” deyə bir söz var xalq arasında ,tuvalılar insan ömrünü yeddi hissəyə ayırmışlar :

Birincisi : Körpəlik çağı.Bir yaşından üç yaşına qədərdir.Üç yaşına qədər bəbəni ac qoymamalı,soyuqlatmamalı,qorxutmamalı,anasından ayırmamalı.

İkincisi: Uşaqlıq dövrü.Üç yaşından on beş yaşa qədər.Beş yaşında qızlar keçi sağmağı bacarmalı,beş yaşındaki oğlan uşaqları isə oğlaq və quzuları otara bilməli.On dörd yaşında oğlanlar  heyvanı kəsməli,dərisini soyub ətini sümüyündən ayırmağı bacarmalıdır.Qızlar isə bu yaşda, kəsilmiş heyvanların içlərinin təmizləməlidirlər.

Üçüncüsü :Gənclər.On altı yaşdan iyirmi doqquz yaşa qədər olan dövrdür.Bu dönəmdə insanlar evlənər,uşaq sahibi olar və öz həyatlarını qurarlar.

Dördüncüsü: Orta yaş.Otuz ,qırx beş yaşlı insanları əhatə edir.Bu qrupun insanları toylara gedər,iki qədəh içki içə bilərlər.Dua edər və uzaq yerlərə səfər edə bilərlər.

Beçincisi:Böyüklər.Qırx altı yaşından  altmış bir yaşa qədər.Bu mərhələdəki insanlar Tuva gələnəklərinə görə ağlı başında,təcrübəli insanlar olur.

Altıncısı:İxtiyarlar.Altmış bir yaşından səksən bir yaşına qədər olan insanlar bu mərhələdə olurlar.Mələklərin qonaq olaraq gəlməsini ötüşdürərək yaşayan ,həyatın çətinliklərini adlayaraq ayaq üstə qalmağı bacaran kəslərdir.

Yeddincisi : Dərmansızlıq dövrü.Səksən bir yaşından ölənə qədər olan zamandır.Bu yaşdakılara həm yaxın,həm də uzaq qohumlar arasında yüksək hörmət olunmalı şəxslərdir.

İnsanın edə biləcəyi və etməməli olduqları bu yeddi mərhələ ilə sistemləşdirilmişdir.Tuva insanın  yeddi hissəli bu həyatının hər anında Yedigir ulduzu onun yanındadır.Buna görə də , ona yalvarır,yaxarır.Hemçik xalqı belə bir mahnı oxuyur :

 Çerivistin urugları

Çetçe-dir be, mendi-bir be,

Çedi-sıldıs Dolaan Burgan

Örü-dür be, Kudu-dur be.

 

Yurdumuzun cocuqları

Yetərli mi?sağlıqlı mı?

Yeddi ulduz Dolaan Tanrı

Yuxarıda mı?Aşağıda mı?

 

İnsan qəlbi qırılmaz

Əski Tuvalılar ananı  “Tanrı” olaraq görmüşlər.Aydınlıq yer üzündə ana qədər mərhəmətli canlı yoxdur.”Anasının qəlbini qıran övlad ,girəcək yer tapmaz” deyə atalar sözü var.Oğul da,qız da anasının adını birbaşa söyləməz.Bununla birlikdə yaşlıların və hörmətli şəxslərində adı da birbaşa söylənməz.Adın yanına bir yumuşaltma və ya hörmət ifadəsi olan söz əlavə olunur.

Çağanın beşiyi çox diqqətlə qorunar.Onu yerə düşməkdən qoruyarlar ,əgər yerə düşərsə uşağın ruhu çəkilir.Doğurdanda beşik insanın ilk yuvasıdır.Ona görədə qədim tuvalılar beşiyi dəyərli bir əşya olaraq saxlamış və onu dağıdıb sökməmişlər.

Ölü olan çadıra uşaqlar gedə bilməz.Ölü dəfn edilərkən səs-küy çıxarılmaz və heç nə yeyib içilməz.Yas tutan insanların yanına gedərkən siqaret alarlar və yasdakı insanlarla birlikdə çəkərlər.Birinin öldüyü yerdə sərxoş olan adama  “şeytan uşağı” deyər və pisləyərlər.Ölən insanın adını birbaşa anmaq tamamilə qadağandır.

Qədim tuvalılar uşaq ruhunu oyuncaqla eyniləşdirmişlər.Buna görədə oyuncaqlar sındırılmamalı.Oyuncaq uşaqlar paltarsız olmamalıdır.

Uşaqlar və gənclər böyüklərlə söz güləşdirməməlidirlər.Çadırın yanında fit çalınmaz,şeytanın qulağı çox kəskindir.Buna görədə öncə fit çalınan yerə gələr.Evin yanında səs-küy salmaq tamamilə qadağandır.Qovğa,döyüş olan yerlərdə qara bəla vardır.Körpələrin,uşaqların,gənclərin dava olan yerlərə getməsi yasaqdır.Pis sözün olduğu yerin yaxınından belə keçilməməlidir.Şamanın sundurmasının yanına uşaq,gənc və böyüklərin getməsi yasaqdır.Şamanın sundurması dağıdılmaz.Çünki Şamanın bədduası sundurmasını dağıdan adamı tutar və həmin adam ölər.Həmin şəxsin qohumlarına da ziyan gələr.

Qədim Tuva gələnəklərində içki içmək yasaqmış.İçkiyə hörmət içkisi deyilərmiş və şənlik olan yerlərdə və hörmətli adamların gəldiyi vəziyyətlərdə sadəcə iki qədəh içilərmiş.Heç içməyənləri isə heç kim qınamazmış.Kişilər otuz yeddi qadınlar isə qırx yaşda içki içə bilərmiş və sadəcə iki qədəh.Sərxoş olana qədər içənlərə isə mirit(axmaq) deyərmişlər belə adamlar məclislərə dəvət olunmazlarmış.Adi insanlar şamanları təqlid edə bilməzmiş.Adi insanların görə bilmədiyini şamanlar görər eşidə bilmədiyini eşidər ,deyirlər.Əgər kimsə şamanı təqlid edərsə şamanı bütləri onu öldürər,ocağını qurudar.Sıradan insanlar lamaları da təqlid edə bilməz.

Başqalarının paltarı geyilməz , ətinə sahib olunmaz,malı oğurlanmazmış.İnsanoğlu qəzəblidir və bədduası tutar.Sahibi orda olmayan bir çadırın içərisində quzu dərisindən olan paltar olar və heç kim ona əl uzatmazmış.Heybənin içində içki dolu matara olar və heç kim ona toxunmazmış.Yaxınlıqda sahibsiz inək gecələyər, və onu heç kim oğurlamazmış.Tuva gələnəyində oğurluq tamamilə qadağandır.

 

Prof.dr. Əkrəm Arıqoğlu

Dilimizə uyğunlaşdıran: Qəhrəman Qəhrəmanlı

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10