“TV-də sosial maska və manipuliyasiya mexanizmləri”

32 Baxış

“Biz ilk növbədə nəyi istədiyimizi bilməliyik. Bu zaman isə məqsəd, ali məqsəd və ən ali məqsədlər müəyyənləşdirilməlidir. Ən ali məqsəddə isə sosial maska gizlənir və onun vasitəsilə manipulyasiya edilir”. Bu fikirləri tanınmış televiziya aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BTRA-nın həqiqi üzvü Elçin Əlibəyli bu gün gənc jurnalistlərlə görüşündə səsləndirib. “TV-də sosial maska və manipuliyasiya mexanizmləri” mövzusunda keçirilən seminarda Elçin Əlibəyli jurnalistikada məqsədi müəyyənləşdirməyin vacibliyini qeyd edib: “Məqsəd ali məqsədə aparır, o da ən ali məqsədə. Və ən ali məqsədin diktəsi ilə sosial maska formalaşır”. Diskussiya şəklində keçən seminarda tamaşaçının diqqətini çəkmək üçün jurnalistikada müxtəlif manipuliyasiya mexanizmlərindən istifadə edilməsi ilə bağlı müzakirələr aparılıb.

Seminar Hədəf Karyera Mərkəzi, BDU-nun “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın birgə təşkilatçılığı və Senet.az saytının informasiya dəstəyi ilə gənc jurnalistlər üçün təlimin davamı olaraq keçirilib. 3 aylıq təlim may ayının sonlarında yekunlaşacaq. Sonda seminarlarda fəal iştirak edən jurnalistlərin xüsusi mükafatlandırılması nəzərdə tutulur.