“Üç alov” yaradıcılıq festivalına yekun vurulub

7 Baxış

hg

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Təhsil Nazirliyinin dəstəyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Üç alov” adlı uşaq və gənclərin onlayn II Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına onlayn platformada qala-konsert formasında yekun vurulub.

Senet.az xəbər verir ki, ikinci ildir ki, keçirilən festival karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən festivalın əsas məqsədi Azərbaycan və xarici ölkələrin adət-ənənə və zəngin mədəni irslərinin öyrənilməsi, qorunub saxlanması və inkişafı, ənənəvi, folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, xarici ölkələrin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, incəsənət sahəsində ən istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması və onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Fetivalda respublikamızın regionları və Bakı şəhəri ilə yanaşı Amerika Birləşmiş Ştatları, Fransa, Kanada, Moldova, Rusiya, Belarusiya və Özbəkistanı təmsil edən iştirakçılar çıxış ediblər. Dörd yaş qrupu və üç nominasiya üzrə təşkil olunan festivala Təhsil Nazirliyi sistemindəki və digər ölkələrdən müraciət etmiş ümumtəhsil məktəblərində təhsil alan şagirdlər, məktəbdənkənar təhsil müəsisələrinin dərnək üzvləri, rəqs kollektivləri, rəqqaslar, musiqiçilər daxil olmaqla 700 nəfər uşaq və gənc müraciət edib.

Festivalın münsiflər heyəti tanınmış xalq və əməkdar artistləri, milli, müasir, bal rəqsləri müəllimləri, baletmeysterlər, xoreoqraflar, vokal və instrumental ifaçılıq üzrə müəllimləri tərəfindən təmsil olunub.

İyunun 1-də festivalın final mərhələsi sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən canlı yayıma qoşulub. Münsiflər heyəti tərəfindən festivala təqdim olunan ifalar üzrə finala çıxan 700 iştirakçı arasından seçilən 208 qalibdən, 147 nəfər I, II, III və 61-si həvəslənidirici yerlər üzrə folklor, klassik, müasir bölmələrin qiymətləndirilməsi aparılıb. Festivalin “Qran – pri” mükafatına isə Səməd Əlizadə layiq görülüb.

Qaliblər diplom, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10