Üç gün İlham Namiq Kamalla 

17 Baxış

İlham Namiq Kamal 1614836Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal 3 gün ardıcıl olaraq Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində çıxış edəcək.

Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu senet.az dərgisinə bildirib ki, söhbət həftə sonu – 20, 21, 22 fevral tarixlərində nümayiş olunacaq “Qısqanc ürəklər”, www.ferzeli-kef.com və “Mən dəyərəm min cavana” tamaşalarından gedir. İ. N. Kamal bu tamaşalarda baş qəhrəmanları – Mikayıl, Fərzəli və İbad müəllim obrazlarını canlandırır. Bu barədə danışarkən “3 gün ard-arda ayrı-ayrı tamaşalarda baş qəhrəmanların rollarını ifa etmək bir aktyor ücün çox sevindirici hadisədir. Eyni zamanda bu həm də məsuliyyətli işdir. Çünki söhbət müxtəlif xarakterlərdən, fərqli tiplərin obrazlarından gedir. Oynadığı obrazı tamaşaçıya olduğu kimi təqdim etmək və sevdirmək peşəkarlığın nümunəsidir. Cilddən-cildə girməyi bacarmaq aktyorun ustalığının, məharətinin göstəricisidir. Hər zaman olduğu kimi mən yenə də teatrımızın direktoru Əliqismət Lalayevə teatrda yaratdığı yüksək yaradıcı şəraitə görə təşəkkür edir və hamını tamaşalarımıza baxmağa dəvət edirəm” deyə İlham Namiq Kamal bildirib.

 

Senet.az

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10