Üç il yaşayan məhəbbət deyil ayrılıqdır …

311 Baxış

ilqarİlqar Vahid

 

 

  Frederik Beqbederdən ilhamlanaraq….

 

Biri var idi… Biri yox idi. Əslində heç nəyi yox idi bu şəhərin.hə… Bir az məntiqlə düşünsək var idi. Səssizliyi,kimsəsizliy,tənhalığı var idi. Özlərini xəyallarından asan şairləri,şairlərini şeirlərdə tapan qadınları,qadınları yataqlarında unudan kişiləri var idi.Bir də SƏN var idin .Gecənin  zülmətində “MƏNİ”  unutduran sən.Hər gecə davamlı olaraq ağlıma gəlirdin .Və mən unudurdum-şeirləri olmayan şairləri də, xəyalları islanmış qadınları da ,qadınsız yataqları da,yataqsız kişiləri də.Bir də,heç xatırlamadığım bir şeyi unudurdum.“Məni” unudurdum. Axrıncı dəfə nə vaxt xatırladığımı da bilmirəm. Amma nə vaxt idisə, qış vaxtı idi. Hə… Hə. Qış idi. Camaat hamı qalın geyinmişdi. Lap,lap qalın. Soyuqdan yox,güllədən qorunurrmuş kimi. Elə məndə hamı kimi geyinmişdim. İki köynək,boğazlı jaket,şərf, palto,papaq,əlcək hər şey var idi əynimdə. Hər şey. O qədər qalın idi ki, bəlkə,həqiqətən də güllə keçməzdi deyə də düşünürəm hərdən. Amma bir şey yadımdadır ki,o “Məni” xatırlaya bilmədiyim həmin gündə necə keçmişdi güllə mənə. Cəmi bir “sms”lə keçmişdi. Bayaq dediyim o şəhərin faişələrinin yatdığı,kişilərinin işlədiyi,şairlərinin olmadığı ,qadınlarının ayrıldığı vaxtda yazdığın o “sms”lə. Uzun idi. Mənasız cümlələr uzun olur. Hardasa ele mənim indi yazdığım kimi. Heç unutmaram, ilk cümləsindən özümdə “istedad” kəşf etmişdim. Sonrakı cümlədə  nə qədər “mükəmməl” olduğumu anladım. Oxuduqca başa  düşdüm ki, “sən mənə məndən çox dəyər verirsənmiş”, “sən demə mən sənə yox,sən mənə laiq  deyilmiş”. Həm də,sən də  nesə deyilsənmiş. Bax onu xatırlamiram.Nəydi axi o?! Hə Sən sevgi üçün deyilsənmiş. Axır,həmin gün bu şəhərin hər şeyi var idi.Və o anda hər şeyi yox oldu. Güllənin keçmədiyi bədənə sözlərin  keçdiyi o anda. Yeni şairlər,yeni qadınlar,yeni şeirlər,yeni nələr yarandı nələr.
Bilirsən köhnə qalan nə oldu? Sən oldun. Əvvəl necə idinsə elə qaldın. İşin düyünü də burdadı da. Sən deyişməli idin. İlk öncə gözümdən düşməli idin,sənə nifrət etməli idim. Sonra  gecələri səninçün  ağlamalı idim,arxanca söyməli idim.Bir neçə aydan sonra özümü sındırmamamq üçün,ya da,təsəlli tapmaq üçün bir neçə cümlə yazmalıydım sənə. Nəm … “sən itirdin” ya da “ sən getdin gələnlər daha yaxşıdır” tipli cümlələr. Amma belə olmadı. Nə mən sənə nifrət etdim,nə də ki,bu cür cümlələr yazdım. Əksinə eyni  vaxtda,cəmi ayrılıq  məktubundan 1 gün sonra təbrik məktubu yazdıq bir-birmizə. Sonra da çox yazdıq, yazdıq. Nəsə olacağına hər ikimiz ümid etdik və yazdıq. Arada  yazmayaq deyirdin,heçnə olmayacaq deyirdin,mənsə inanmırdım nəsə ümid var idi içimdə. Bilirsən niyə? Axı heç sən də inanmırdın,ümid edirdin. Ümid edirdin ki,düzələrik ,nəm nəsə elərik. Amma edə bilmədik heç nə. Və sən sonunda inandırdın məni. Özün inandığın gün sonuncu yazmışmamız oldu. Sevgili kimi 3 il öncə ayrıldığımız dünyada üç il sonra tərk etdik bir-birmizi. Bu qədərmi çətin imiş. Frederik Beqbeder məhəbbətin üç ilyaşadığını deyir. Məncə bu tərsinə oldu. Ayrılıq üç il yaşadı. Aşağı yuxarı üç il. Yəni siz heç,bir şeydən ayrılıb da üç il sonra tərk etməyin nə olduğunu düşünmüsüz ? Bir düşünün. Məncə kifayətdir daha düşünməyin. Çünki,bu ancaq reallıqda dərk edilən olabilər. Nəcə ki mən  sonunda dərk etdim. .
Hə indi əlimdə Frederik Beqbederin məlum kitabı, arxamda Elmin qarşımda Təhsilin qibləgahı var. Elmlər Akademiyası və BDU sevgilərin ən müqəddəs məkanı. Dəfn olunduğu,doğulduğu,addımladığı,dil açdığı məkanı. Bir sevgi BDU ilə başlayıb Akademiyanın önündə bitirsə onda müqəddəs nəsə var. Bax o nəsə həmin iki nəfəri bir gün BDU-nun dəhlizlərində qarşı qarşıya gətirəcək.Nə vaxtsa kimsə üç  illik ayrılığı,üç illik məhəbbətin növbəti il dönümü kimi qeyd edəcək.Amma onda artıq həmin şəhər olmaycaq. Heç mən də,o da olmayacağıq. Bilmək olmaz bəlkə siz oldunuz.
Məhəbbətin ölümü də yaşadığı kimi olur. Uzaqdan yaşanan sevgilər yaxında ölə bilmirlər.

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10