“Üç nöqtə” – Ləman Məmmədova

80 Baxış

17793136_126077764597920_1648882964_n

Bəzən üç nöqtə həyatımızdakı çox şeyi ifadə edir. Məsələn, içinin bağıraraq boşaltmaq istədiyin sözlərlə dolu olduğu anı. Doğrudur, bunu bir anı olaraq qeyd edirik. Amma o “anı” deyə adlandırdığımız zaman, ayları, illəri, bəzən bütün bir ömrü gizlədir özündə.

Nəfəsin kəsilirmiş kimi olur məsələn…

Ürəyini kiminsə var gücüylə sıxdığını düşünürsən. Sanki bir mədə ağrısı da…

Amma deyil, əslində, yaxşısan. Şükürlər olsun!

Ruh kimi ortalarda dolanmaq var məsələn…

Gözlərini divara zilləyib baxırsan. Amma deyil, düşüncələrini canlandırıb sanki bir filmə baxırsan. Birdən dostunun səslənişi ayırır səni bu qapanışdan. Dərdini danışmaq istəyirsən amma susursan. Bəlkə də gücün yoxdur. O, hələ də sənə səslənir və cavab verməni gözləyir.

Təlaş içindədir…

Bax, elə bu anda üç nöqtə özünü göstərir. Yazıda işarələrlə, canlı olaraq səssizliklə. Toxunuşlar önəmlidir. Ananın yanaqlarını oxşaması kimi. Atanın başına sığal çəkməsi kimi.

Can dostunun qucaqlaması kimi…

Bu zaman bəlkə yenə susarsan amma gözlərin durmaz. Rahatlamağına səbəb olar bəzən. Amma bütün bunları kənara qoyub fikrini başqa yerdə cəmləyirsən: tənha deyilsən. Şükürlər olsun! Saatlarla yatmaq istəyirsən məsələn, real həyata dönməmək üçün. Bu zaman da yuxuların buraxmaz.

Sinir…

Əsəb…

Yorğunluq…

Nə edəcəyini bilmirsən. Gələcəklə bağlı planlar qurursan amma keçmiş ilan kimi sürünür arxanca. Bəzən sancır.  Amma ölmürsən. Yaralanırsan amma davam eləyirsən ömür yoluna. Ola bilsin təksən. Amma unutma: ilanın başını əzəcək biriləri mütləq çıxar qarşına. Etməli olduğumuz sadəcə inam və duadır. Hər şeyin bir gün mütləq gözəl olacağına inan və dua et. Amma ağla qaranın boş yerə yan-yana deyilmədiyini də unutma və … (üç nöqtə)

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10