Ukraynalı ulduzu Bakıda

4 Baxış

Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcəkdir.

Senet.az saytının Mədəniyyət və Turizm nazirliyindən əldə etdiyi xəbərə əsasən tamaşada baş rolda Ukrayna Milli Operasının tanınmış prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcəkdir. Q.Qolyakova bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır.

T.Qolyakovanın tərəf-müqabili kimi tamaşada Qraf Albert partiyasını digər Ukraynalı balet ustası, beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski ifa edəcək.

Mirta rolunda isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının gənc solisti, balet artistlərinin Almaniyada keçirilən müsabiqəsinin bürünc mükafatçısı (2014) Ayan Eyvazova çıxış edəcəkdir.

 

 

Bölmə : İncəsənət, Manşet