Ukraynada yaşayan türkoloq çağırış etdi: “Ana dilimizi qoruyaq!”

63 Baxış

ferhad turanliFərhad Turanlı

Diqqət! Məlumat vasitələrində birliyimizin qurulmasının əsas amili olan Azərbaycan-Türk ədəbi dilininin ifadə və imla üsuluna riayət olunmamasının və özgə sözlərin işlədilməsinin səbəbi nədir?

Bu sualın cavabı: milli şüursuzluq və savadsızlıqdır. Məsələn fellərin səhv olaraq işlədilməsi: səhv: eliyin,eliyiz (düzgün yazılışı: eləyin, eləyiniz; məsdər şəkili olan – “eləmək” sözündən törəyir), gözlüyür (düzgün yazılışı: gözləyir; məsdər şəkili olan – “gözləmək” sözündən törəyir); səhv: alqışlıyıram (düzgün yazılışı: alqışlayıram; məsdər şəkili olan – “alqışlamaq” sözündən törəyir) və s. Azərbaycan dilinin kütləvi şəkildə qaydalara uyğun yazılmaması və ifadə olunmaması gözəl Ana dilimizin qorunmasına zərər vurur və ahəngini pozur. Bu acınacaqlı vəziyyəti nəzərə alaraq bütün azərbaycanlı alimlərdən qeyd olunan məsələnin həlli üçün müntəzəm olaraq elmi tədbirlərin və “Azərbaycan ədəbi dili” dərslərinin təşkil etmələrini xahiş edirəm. Unutmayaq ki, Azərbaycan ədəbi dilində danışmaq (xüsusilə müxbirlərin, millət vəkillərinin, məmurların, elm adamlarının və hər bir azərbaycanlının) millətimizin birliyini təmin edən əsas vasitələrdəndir.

Ey azərbaycanlı ziyalılar, alimlər, müəllimlər! Ana dilimiz gözümüz görə-görə, qulağlarımız eşidə-eşidə qəzetlərdə, tv və radio verlişlərində, məmurlar və müxbirlər tərəfindən imla və ifadə üsulları pozularaq yazılır. Millətimizin, mədəniyyətimizin, dövlətçiliyimizin, birliyimizin rəmzi olan Azərbaycan ədəbi dilimiz artıq danışılmır, yazılmır. Hazırda danışılan dilə isə, qədim slav dilində “surjik”, yəni qarışıq, pozulmuş bir dil deyilir. Bu məsələ ilə əlaqədar dərc olunan cənab səfirimiz Eynulla Mədətlinin məqaləsi olduqca diqqətə layiqdir.

Sual: Müasir zamanda Azərbaycan- Türk Birliyinin qurlmasının əsas amili olan Azərbaycan-Türk ədəbi dilində nə səviyyədə danışılır? İfadə və imla üsuluna riayət olunmamasının səbəbi nədir? Bu ciddi məsələ ilə əlaqədar mütəxəssis alimlər nə kimi tədbirlər görürülür?
Dilimizdə kütləvi şəkildə yabançı sözlərin istifadə olunması, dilin ədəbi şəklinin itirilməsinə səbəb olubdur:

absurd (məntiqsiz)
adekvat (düzgün, dəqiq)
aeraport (təyyarə limanı, hava alanı)
agentlik (idarə)
aksiya (tədbir)
aktiv (fəal)
aktual (vacib)
aqresiv (təcavüzkar)
anormal (sağlam olmayan, doğru olmayan)
aqresiya (təcavüz)
analtik (təhlil)
aparat (rəsmi idarə)
apellyasiya
aprobatsiya
aspekt
assosiatsiya
atçot
avanqard
balans
baza
çertiyoj
çudo peçka
detektiv
dialekt
dialoq
dinamik
direktor
diskirminatsiya
doalekt
donamik
efir
ekoloqiya
eksperiment
ekspert
element
elitar
emotsional
enerqetika
etap
etnopsixoloqiya
fanat
fiziki şəxs (fərdi sahibkar)
fonetik
forma
formalaşmaq
fon
fudamental
funksional
gender
hüquqi şəxs (ümumi şirkət)
xaos
xarakterize
xit
xronika
idetifikasiya
indeks
indeks
inersiya
informasiya
infrastruktur
innovativ
intensiv
intonatsiya
investitsiya
invetitsiya
janr
jarqon
jurnalist
kabel televeziyası
kadr
kafe
kapital
karifey
karikatura
kaskadyor
klassik
klip
kollektiv
komissiya
kommbinat
kompüter
konfidensional
konstitutsiya
korpus
kran
ksenofobiya
kult
kurs
qazanxana
qender
qlobal
leksik
leqal
lent
lider
liqa
logistik
loyal
maksimum
maksimum
manitorinq
mantaj
material
mediya
mexanizim
mentalitet
metod
miqrant
minimum
missiya
model
neofaşist
norma
obyekt
operativ
orfoqrafiya
organ
pafos
palata
partnyor
pasiv
pavliyon
perspektiv
pessimist
politoloq
populyar
potensiyal
praqnoz
premyer
prinsip
prinsip (əsas) ‒
bir pəncərə prinsipi (üsulu)
prioritet
prizma
problem
profesianal
profesional (peşəkar)
proqres, proqnoz
prosess
prospekt
prosedur
prizma
rasional
rayon
reaksiya
real
region
region
repartyor
reputatsiya
respondent
respublika
resurs
rıçaq
ritm
rol
rubrika
sanksiya
seksiya
sektor
serial
sfera
siqment
sistem
sivilizasiya
sponsor
srtateji
ssenari
standart
stansiya
start
stat
stereotip
stimul
stol
struktur
stul
super
svetafor
system
şok
ştat
texnoloqiya
tema
temperatur
terminal
tip
tiraj
tolerantlıq
trafaret
transmilli
transsərhəd
tur
universal
versiya
virtual
yarmarka ‒ (dövrü bazar, mövsüm bazarı)
zona və s.

Bu məsələnin həll olunması üçün bütün məktəblərdə Azərbaycan Dilinin dərindən öyrənilməsinə ciddi fikir verilməlidir.

PATRIAE DECORI CIVIBUS EDUCANDIS
(VƏTƏNİ, DÖVLƏTİ QÜDRƏTLİ VƏ GÖZƏL EDƏN, ONUN SAVADLI, O CÜMLƏDƏN MƏDƏNİ VƏTƏNDAŞLARIDIR)

Azərbayacan-Türk Ana dilimizin kütləvi şəkildə qaydalara uyğun danışılmaması, məni “Türk Bilimi” alimi olaraq çox narahat edir. Təklif edirəm ki, KMV və TV – də bu ciddi məsələ ilə əlaqədar mütəxəssislərin iştirakı ilə dilimizin əcnəbi sözlərdən təmizlənməsi (olduqca xoşa gəlməz bir haldır), imla və ifadə üsularının düzgün öyrənilməsi və istifadə olunması mövzularında verlişlər, mülahizələr təşkil olunsun.
Qeyd etmək lazımdır ki, vətənimizdə ədəbi Azərbaycan dilində hər kəs (xüsusilə müxbirlər, məmurlar, müəllimlər və s.) düzgün və səlist danışmağı bacarmalıdırlar. Ədəbi Azərbaycan dilində danışmagı bacarmağımız birliyimizi təmin edən, dövlətimizi gücləndirən, mədəniyyətimizi qoruyan və təbliğ edən əsas vasitədir.
Bütün soydaşlarımıza zəngin Azərbaycan-Türk ədəbi / ana dilimizi mükəmməl bilmələrini arzu edirəm.
Uğurlar olsun!

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10