Ukraynalı rejissor Rusiyada həbs olundu

48 Baxış

senstovUkraynalı rejissor Oleq Sentsov Rusiyanın Rostov-on-Don hərbi məhkəməsi tərəfindən 20 il azadlıqdan məhrum edilib.

Senet.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə Sentsovu terrorist təşkilata üzv olmaqda ittiham edib. Qərar oxunduğu vaxt Senstov Ukraynanın Milli Marşı – “Ukrayna hələ ölməyib” mahnısını oxuyub.

2011-ci il istehsalı olan “Gamer” filmi ilə tanınan Senstov, 2014-cü ilin mayında Rusiyanın Krıma hücumlarına etiraz mitinqləri zamanı həbs edilmişdi. Sentsov Lenin heykəlini partlatmaq və Krımda yerləşən Moskova tərəfdarı təşkilatların ofislərinə hücum etməkdə təqsirli bilinirdi.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10