“Ulduz” jurnalının mart sayı işıq üzü görüb

16 Baxış

108017_d9n8w11s2x

Ənənəvi olaraq jurnal ekspert rəyi ilə başlayır. “Ulduz”un fevral nömrəsini tənqidçi Vaqif Yusifli “Fevral düşüncələri” yazısında təhlil edib. Jurnalla bağlı rəyi tənqidçinin Xalq yazıçısı Anar haqqında yazdığı “O, bir əsr üçün deyil, bütün zamanlar üçündür” məqaləsi izləyib.

Bu dəfə “Özüylə söhbət” edən şair Adilə Nəzərdir. Söhbətdən sonra şeirlərini oxumaq olar. Xalq yazıçısının 80 illik yubileyini akademik Nizami Cəfərov “Anarın ədəbi gəncliyi və ədəbi gəncliyin Anarı”, Natiq Məmmədli “Anar, yaxud gələcəyin yazıçısı haqqında düşünərkən” məqalələri, şair Fərqanə Mehdiyeva “1 şeir” rubrikasındakı “Mən sənin gözündə tərəzi gördüm” şeiri ilə təbrik ediblər.

“Şeir vaxtı”nda Məhəmməd Turan, Əfsanə Rəvan, Elkin Kərimli, Ruzbeh Məmməd, Furqani, Şəlalə Göytürk çıxış ediblər.

“Nəsr” rubrikasında Xuraman Hüseynzadənin “Günəş yatmağa gedəndə”, Aysel Fikrətin “Torpaq adam” və “Ünvan” hekayələri yer alıb.

“Sənət” rubrikasında Samirə Əşrəf Prezident təqaüdçüsü Cəmil Sədizadə ilə söhbət edib.

“Tribuna”da Bilal Alarlı “Sözün hicabı” məqaləsi ilə yer alıb.

Natiq Rəsulzadənin “Qolfstrim” roman-kardioqramdan parça da jurnalın bu sayında verilib.

“Debüt”də Zaur İlhamoğlu və Lamiyə Səfərovanın, “Poeziya”da Əşrəf Veysəllinin şeirləri, “Esse”də Ülvi Kazımın “Səssizlik çığırır”, “Səndən başqa heç kim” yazıları, “Türk eli”ndə Bəxtiyar Aslanın Təranə Vahidin çevirisində “Qorxunun aynasında” hekayəsi çap olunub.

“Dərgidə kitab”da Xəlil Adıgözəlin şeirləri “Qum saatı” sərlövhəsi ilə verilib.

Jurnal Təranə Nurinin rəsmlərinin yer aldığı “Sərgi” rubrikası ilə tamamlanır.