“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb

13 Baxış

98803_r4em1pi2y8

Bugünlərdə “Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb. Jurnalın bu sayı da, ənənəvi olaraq, ekspet rəyi ilə başlayır.

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi Nərgiz Cabbarlı “Ulduz”un sentyabr sayı haqqında düşüncələrini bölüşüb. Jurnalın “Özüylə söhbət” rubrikasının budəfəki qonağı şair Günel Eyvazlıdır. Yeni layihə olan “Yazı masası” ilk dəfə bu ay oxucuların görüşünə gəlib. Layihəni hazırlayan Xanım Aydınla Vüsal Nurunun ilk qonağı yazıçı Natiq Rəsulzadə olub.

“Nəsr” bölməsində Namaz Məmmədoğlu “Beş manat”, İradə Aytel “Taleh” və “Virtual sevgi” hekayələri, Laura Cəbrayıllı Natiq Quliyevin xatirəsinə həsr etdiyi “Tarın lal simi” yazısı ilə çıxış ediblər. Hekayələri “Qəzəl de ki…” rubrikası ilə gənc şair Hidayət Sönməzin qəzəlləri izləyir.

Qəşəm Nəcəfzadə “Sevgilimsən, poeziya” adlı yazısında gənc şairlərin şeirləri haqqında fikirlərini qələmə alıb. Fərqanə Mehdiyevanın təqdimatında “Bölgələrdən… üç nasir” rubrikasının qonaqları Gülnarə Sadiq, Vüsal Oğuz və İnanc Hüseynlidir.

“Qısa fikirlər xəzinəsi” rubrikasında Platon, B.Paskal, F.Volter, Laruşfuko, V.Hüqo, A.Frans, O.Uayld, L.Feyxtvangerin aforizmləri Cəlal Məmmədovun təqdimatında verilib.

“Tərcümə saatı” bölməsində Cavanşir Yusiflinin fransız ədibi Fermin Maksansın “Qar” romanı haqqında düşüncələri və onun tərcüməsində romandan hissələr çap olunub. “Şeir vaxtı” bölməsində Nisə Bəyim və Cavidin şeirləri var. “Anım” rubrikasında Rafiq Yusifoğlu “Eldar yaradıcılığına Baxış” yazısı ilə çıxış edib. Təranə Vahidin Türküstan haqqındakı təəssüratları “Axına qarşı üzən ədəbi dərgilər” adı ilə “Səfər”də yer alıb.

“Uzun şeir” rubrikasının qonağı “Yağır, Adnalıya, yağışlar, yağır” şeiri ilə Anar Amindir.

Etibar Kərimli “Antik mifologiya və antik obraz” yazısı ilə “Tribuna”dadır.

“1 şeir” bölməsində Fərqanə Mehdiyeva “Payızın yanında gözlərsən məni” şeiri ilə çıxış edir.

Nurlan Ağanın “Yoxdan var olmağın əsəri”, Aybəniz Əliyarın “Bir durna nəğməsi” esseləri də “Ulduz”un bu sayındadır.

“Dərgidə kitab” bu dəfə, “Sevilmək istəyi ac yaquardı” başlığı altındakı şeirlərilə, şair Elxan Zalın ixtiyarına verilib.

KÖŞƏ YAZARLARI
TOP 10