“Ulduz”un iyul nömrəsində…

2 Baxış

hg

“Ulduz” jurnalının iyul nömrəsi işıq üzü görüb.

Senet.az xəbər verir ki, jurnalın bu nömrəsi İntiqam Yaşarın “Özüylə söhbəti və şeirləri”ylə açılır. “Nəsr” bölməsində İlhamə Nasir, Günay Səma Şirvan, Nihat Pir, Ruslan Mollayev yeni əsərləri ilə oxucuların görüşünə gəlib. “Qısa fikirlər xəzinəsi” Cəlal Məmmədovun təqdimatında dühaların qısa deyimlərini təqdim edir.

“Şeir vaxtı”nda Məlik Atilayın, “Elegiya”da Elşad Baratın əsərləri yer alıb. “Tərcümə saatı”nda ingilis yazıçısı Livelin Voqan Lidin “Aşiq və Məşuq” əsərini Elmar Vüqarlı oxuculara təqdim edir. “Tənqid”də filologiya elmləri doktoru Vaqif Yusifli “Aysellər”dən yazır. “Türk eli” Ziya Qaratəkinin şeirlərini, İmdat Avşarın “Şəkil və Qaşov” hekayəsini təqdim edir.

“Ulduz”un bu nömrəsində oxucular Əlizadə Nuri, Nazim Əhmədli, Şahnaz Şahin, Nərgiz Məhərrəmzadə və Aida Adıgözəlinin şeirlərini, Qalib Şəfahətin novellasını oxuya biləcəklər. “Reportaj”da Nadir Rzalı “Bir masa ədəbiyyat”ı təqdim edir. Nurlana İşığın, Mina Rəşidin yazıları da bu nömrədə yer alır.

“Tribuna”da Abid Tahirli “Mühacirət mətbuatı, Həsən bəy Zərdabi və “Əkinçi” haqqında” yazır.

Bölmə : Ədəbiyyat