“Ümdilərin izi ilə” romanının Qırğızıstanda təqdimatı olub – FOTO

17 Baxış

16244245_1219621524752185_1391511699_n

Şəmil Sadiq və Müşfiq XANın birlikdə qələmə aldıqları, əsas süjeti Qarabağ və Xocalı soyqırımı olan tarixi detektiv janrda yazılan “Ümidlərin izi ilə”  romanının yanvarın 25-də Qırğızıstan Dövlət Hüquq Akademiyasında rus dilində oxuculara təqdimat olunub.

Təqdimat mərasimində iştirak edən yazarlar kitab haqqında tədbir iştirakçılarına geniş məlumat vərərək, bildirilib ki, əsər Qarabağ hadisələrindən və Xocalı soyqırımından bəhs edən tarixi detektiv janrda yazılıb.

Tədbirin ideya müəllifi və təşkilatçılarından olan “Global Karyer İnstitut”nun Direktoru və Azərbaycan Şimali Kipr Dostluq Cəmiyyətin Sədri Orxan Həsənoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin son illər apardığı xarici siyasət əsasən Dağlıq Qarabağ probleminin həllinə köklənib. Biz də türk dövlətlərində bu təbliğatın aparılmasını özümüzün vətəndaşlıq borcu hesab edirik. Bu gün türk xalqlarının ən böyük problemlərindən biri bir-birlərini tam anlaya bilməməsidir. Bunu nəzərə alaraq romanın Qazaxıstanda nəşrini rus dilinə tərcümə etdirərək yayımladıq. Çalışacağıq ki, bu sahədəki fəaliyyətimiz davamlı olsun və Qarabağ mövzusundakı əsərlərin qazax türkcəsində nəşrinə nail olaq.

Sonda müəlliflər kitabı imzaları ilə iştirakçılara təqdim ediblər.

Qeyd edək ki, bu kitab Azərbaycanda 4 dəfə nəşr edilib.

KÖŞƏ YAZARLARI
TOP 10