“Ümid Yeri” uşaq evində kitabxana yaradılacaq – Layihə

84 Baxış

gulsad2“Ümid Yeri uşaq sığınacaq evinə dekabr ayında planlaşdırdığımız növbəti səfərimizdə rəssamlar və yazarlar bir araya gələcək. Burada uşaqlarımız üçün uşaq, dünya və müasir Azərbaycan ədəbiyyatına aid kitablardan ibarət kitabxanalar yaradılacaq. Hər ay psixoloqların iştirakı ilə uşaqlarla söhbətlər, qiraət və mütaliə məşğələləri təşkil olunacaq. Yazarları, rəssamları, psixoloqları, nəşriyyat və dərgi redaktorlarını layihəmizə dəstək olmağa dəvət edirəm”.

Bu barədə Senet.az-a açıqlamasında layihənin rəhbəri Gülşad Quliyeva məlumat verib. O, mütəmadi olaraq bu tipli tədbirlərin keçirildiyini bildirib: “ Noyabrın 7-sində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyətinin “Ümid Yeri” uşaq sığınacaq evində növbəti ziyarətlərinə qoşularaq, ilk dəfə həmin məkana gedib, balacalarımızı tanımaqla yanaşı, gənc rəssamların onlara göstərdiyi mənəvi və maddi diqqətin şahidi oldum”.

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10