“Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü” adlı virtual sərgi

1 Baxış

hg

Dünya birliyinin davamlı səylərinə baxmayaraq, insan alveri müasir dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Bu baxımdan əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması, insan alverinin bütün formalarına qarşı mübarizənin sərtləşdirilməsi, onun qurbanlarına hərtərəfli yardımın göstərilməsi istiqamətində zəruri addımlar atırlar.

İnsаn аlvеrinin mahiyyəti barədə məlumatlılığın аrtırılmаsı, bеynəlхаlq ictimaiyyətin diqqətinin qurbanların üzləşdiyi problemlərə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən, hər il 30 iyul tarixi insan alverinə qarşı mübarizə üzrə beynəlxalq gün olaraq keçirilir.

Dünyəvi, dеmоkrаtik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, insan və vətəndaş hüquq və аzаdlıqlаrının təmin еdilməsini dövlət siyasətinin prioritet istiqaməti еlаn etmiş Аzərbаycаn Respublikasında xeyli müddətdir ki, insan аlvеrinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirilməkdə və Аzərbаycаn bеynəlхаlq səviyyədə insan аlvеrinə qarşı mübarizəyə öz töhfəsini vеrməkdədir.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə 30 iyul – Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü münasibətilə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqəli kitablar, məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umumdunya_Insan_alverine_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Bölmə : Xəbər