Ümumdünya Kitabsevərlər Günü ilə əlaqədar səyyar kitab sərgisi

0 Baxış

hg

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının əməkdaşları Ümumdünya Kitabsevərlər Günü ilə əlaqədar səyyar kitab sərgisi təşkil ediblər.

Baş İdarədən Senet.az-a bildirilib ki, səyyar sərgidə müxtəlif yaş qruplarında olan oxucuların marağına səbəb olan kitablar nümayiş olunub. Kitabxana filialının müdiri Arzu Xudayarova oxuculara Ümumdünya Kitabsevərlər Günü haqqında ətraflı məlumat verib. Kitabxananın əməkdaşları oxuculara kitablar hədiyyə ediblər.

Qeyd edək ki, sərgini təşkil etməkdə məqsəd oxucularda kitaba, mütaliəyə maraq yaratmaq, mütaliənin cəmiyyətin gündəlik vərdişinə çevrilməsinə yardım etməkdir.

Bölmə : Ədəbiyyat