UNESCO 2016-cı ili Xoca Əhməd Yasəvi ili elan etdi

189 Baxış

ahmetyaseviUNESCO 2016-cı ili XI əsrin məşhur mütəfəkkir-şairi, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından olan Xoca Əhməd Yasəvi ili elan edib. Bu münasibətlə gələn il dünyanın müxtəlif ölkələrində Əhməd Yasəvi ilə bağlı tədbirlər, konfranslar keçiriləcək.

Qeyd edək ki, Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində anadan olub.

Orta Asiya Türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir.

Əhməd bin İbrahim bin İlyas Yəsəvi – Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınırdı. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürüb.

Kiçik yaşlarında anasını itirən Əhməd ilk dərslərini Sayramın ən məşhur vəlilərindən olan atası Şeyx İbrahimdən alıb. Amma o 7 yaşında ikən atası da vəfat etmişdir. Atası öləndən sonra əvvələcə Yəsidə Arslan Babadan dərs alan Əhməd, qısa zaman içində təhsildə böyük uğur qazanıb. Arslan Baba dünyasını dəyişəndən sonra o, Buxaraya yollanmış və burada böyük övliya Yusif Həmədaninin şagirdi olub.  Həmədanidən icazət və xilafət alan Əhməd Yəsəvi müəlliminin vəfatından sonra bir müddət Buxarada qalıb burada şagird yetişdirib.

Əhməd Yəsəvinin əsas əsəri sayılan “Divani-hikmət” əslində müəllifdən əsrlərcə sonra Yəsəvi dərvişləri tərəfindən tərtib edilib. Bu səbəbdən ərin mətninin dili XI əsrin deyil, daha sonrakı yüzilliklərin dil xüsusiyyətlərinə malikdir. “Divani-hikmət” qafiyə sistemi və vəzn baxımından qoşmalara bənzəyən dördlüklərdən və əruz vəznində yazılmış qəzəllərdən ibarətdir.

Bölmə : Sənət xəbər