Uşaqlar üçün “Mənim Rəsmim” adlı yaradıcılıq müsabiqəsi keçirilir

20 Baxış

Rəsm müsabiqəAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Resm” zərgərlik brendinin təşkilatçılığı ilə uşaqlar üçün “Mənim Rəsmim” adlı yaradıcılıq müsabiqəsi keçirilir. Müsabiqə uşaqların Milli Mədəni İrsimiz – milli naxışlara və ornamentlərə olan marağına dəstək olmağa yönəlmişdir.

Qısa bir zamanda həmyerlilərimizin qəlbinə yol tapa bilmiş “Resm”, milli irsimizə və dəyərlərimizə böyük sevgi ilə yaradılmışdır. Bu müsabiqənin məqsədi bizim balaca rəssamların və gələcəyin dizaynerlərinin ornamentlərə maraqlarını dəstəkləmək və bizim naxışlarımızın tarixi dəyərinin gələcək işlər üçün ilham mənbəyi olduğunu göstərməkdir.

Azərbaycanın hər güşəsindən olan 6 – 15 yaşadək bütün uşaqlar çəkdikləri ornamenti 30 iyul tarixinədək resm@resm.az elektron ünvanına, “Resm” Facebook səhifəsinin şəxsi mesaj bölümünə göndərməklə və ya saat 11:00-19:00 arası 28 may küç. 46E ünvanında yerləşən Rəsm mağazasına gətirməklə Müsabiqəmizdə iştirak edə bilər. Ərizə forması “Resm” mağazasında və ya www.resm.az saytından yüklənə bilər.

İştirakçılar münsiflər heyəti tərəfindən 3 yaş kateqoriyasına bölünəcək (6-8, 9-12, 13-15 yaş) və hər kateqoriyadan 3 qalib seçiləcək. Bundan əlavə, Facebook səhifəmizdə ən çox “Bəyən” toplayan Naxış – izləyici rəğbəti qazanmış qalib sayılacaq.

Qaliblər 16 sentyabrda bütün işlərdən ibarət sərgidə elan olunacaq və mükafatlarını əldə edəcəklər.

Müsabiqədə iştirak etmək üçün:

  • Artıq mövcud olan naxışı dəyişib və ya yenisini fikirləşib onun A4 kağızında rəsmini çəkmək;
  • Bu ornamentin qısa tarixçəsini yazmaq: o nəyi simvolizə edir və ya nədən ilham alır;
  • İştirakçının soyadı, adı, atasının adı, yaşı və valideyninin telefon nömrəsini göstərmək (ərizə forması www.resm.az linkdən əldə edilə bilər)

Seçim kreativlik, ornamentin verilməsi, ustalıq/rəsmin mürəkkəbliyi, mətnin simvolikliyi üzrə aparılacaq.

30 iyuldan başlayaraq, işlər “Rəsm” brendinin facebook səhifəsində yerləşdiriləcək və sosial şəbəkə istifadəçiləri 10 sentyabradək izləyici rəğbəti qazanmış qalibi seçə biləcəklər.

Müsabiqənin bütün qayda və şərtləri ilə www.resm.az saytında tanış ola bilərsiniz.