Uşaqlar üçün nağıl müsabiqəsi

11 Baxış

117067_kzd0fviop0

Bakıda uşaqlar üçün nağıl müsabiqəsi elan edilib.

Təşkilatçılardan Senet.az-a verilən məlumata görə, müsabiqədə 6-10 yaş arası  uşaqlar iştirak edə bilərlər. Nağıllar üçün mövzu məhdudiyyəti yoxdur, sehrli nağıllarla bərabər, həqiqətdə  baş vermiş maraqlı və şən uşaq hekayələri da qəbul olunur.

Müsabiqəyə təqdim olunan nağıl və ya hekayə uşağın öz xəyalının, fantaziyasının məhsulu olmalı, böyüklər tərəfindən redaktə edilməməlidir. Köçürülmə və bənzətmə nağıllar müsabiqəyə buraxılmır..

Yazıların həcmi 250 sözdən çox olmamalı, həm də əvvəllər heç yerdə dərc edilməməlidir. Nağılın sonunda müəllifin adı, soyadı, yaşı, oxuduğu məktəb, sinif qeyd edilməlidir.

Yazılar (Word proqramında) müəllifin şəkli (keyfiyyətli və jpg formatında) ilə birlikdə 2018-ci il sentyabrın 10-na kimi “Müasir uşaq nağılları” səhifəsinin “İnbox”na göndərilməlidir. https://www.facebook.com/muasir.usaq.nagillari

Müsabiqənin şərtinə cavab verən nağıllar “Müasir uşaq nağılları” səhifəsində yerləşdiriləcək və qaliblər münsiflər heyəti tərəfindən seçiləcək. Əlavə olaraq, oxucular tərəfindən ən çox bəyənilən 3 yazının müəllifinə  həvəsləndirici mükafatlar veriləcək. Nəticələr sentyabr ayının sonunda elan ediləcək.

Qaliblərə tanınmış uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin nağıl kitabları hədiyyə ediləcək:

I yer – “Müasir nağıllar” kitab dəsti;

II yer – “Sehrli planşet”, “Qızıl balıq”, “Qarınqulu ayı balası” və “Şir südü” nağıl kitabları;

III yer – “Qızıl balıq”, “Qarınqulu ayı balası” və “Şir südü” nağıl kitabları;

3 həvəsləndirici yer – “Qarınqulu ayı balası” və “Şir südü” nağıl kitabları.

Müsabiqədən sonra, uşaqların müəlliflik hüquqları qorunmaqla nağılların toplu halında çap etdirilməsi üçün imkanlar axtarılacaq.