Uşaqlar üçün yeni kitab – “Sinifdənxaric oxu – 5”

1059 Baxış

 sinifden xaric oxu“Hədəf” Nəşrləri “İNCİ” uşaq ədəbiyyatı silsiləsindən uşaqlar üçün nəzərdə tutulan növbəti kitabı çapa hazırlayıb.

5-ci sinfi bitirən şagirdlərə sinifdənxaric oxu materialı kimi nəzərdə tutulan kitabda türk, Azərbaycan, yapon xalq nağılları ilə bərabər, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrinin qələmə aldığı hekayələr də toplanıb.

Onların arasında C.Məmmədquluzadə, Ə.Haqverdiyev, İ.Muğanna, Zahid Xəlil, Aqil Abbas, Sevinc Nuruqızının əsərləri var. Ancaq bu da hamısı deyil. Yeni nəşrdə həmçinin uşaqlar üçün dünya yazıçılarının nağıllarını və hekayələri də yer alıb. Kitabda onların yaxşı tanıdığı Andersen kimi nağılçı ilə bərabər Topelius Zaxarias, Oskar Uayld, Cek Londonun da maraqlı əsərləri təqdim edilib.

Nəşriyyatın mətbuat xidmətindən verilən məlumata görə kitab iyunun 20-dən sonra kitab mağazalarında olacaq. Bildirilib ki, hazırda sinifdənxaric oxu üçün nəzərdə tutulan bu nəşrin 6-cı siniflər üçün olan variantı üzərində iş gedir.

KÖŞƏ YAZARLARI
TOP 10