Uşaqların yeni dostu – Karlson

3 Baxış

hg

 

Noyabrın 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında rusdilli tamaşaçılar üçün “Karlson” tamaşası nümayiş ediləcək.

Senet.az xəbər verir ki, gürcüstanlı kukla rejissoru Yelene Mastxonaşvilinin quruluşunda özünün mükəmməl sənət məzmununu tapan tamaşanın quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Masxonaşvilidir.

Astrid Lindqrenin öz mükəmməlliyini illərdir ki, saxlayan “Karlson”u damda yaşayan sehrli balacaboyun unikal hekayəsi hamımıza tanışdır.

Özünə dost axtaran, təklikdən darıxan balaca oğlanın yaxın dostuna çevrilən, onunla səmimi, mehriban ünsiyyət quran mürəbbəsevən Karlsonun kuklaçıların səhnəsindən keçən yolu da maraqlıdır.

Birhissəli uşaq tamaşasında canlı plan oyunu, fərdi nəqletmə forması yaxşı tapıntılardandır.

Bölmə : Sənət, Teatr