“Ustad” ədəbiyyat və sənət dərgisi uşaqlar üçün “Üst Ad” adlı yazı müsabiqəsi elan edir. Müsabiqə istedadlı məktəblilərin üzə çıxarılması məqsədilə təşkil olunur. Müsabiqədə 8-15 yaşlı məktəblilər iştirak edə bilər.
Müsabiqə şərtləri:
1. Müsabiqəyə yalnız Azərbaycan dilində olan əsərlər qəbul edilir;
2. Hekayə və esselərin həcminə məhdudiyyət qoyulmur;
3. Yazıların mövzusu milli adət-ənənələrimiz, Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, filmi və ədəbiyyatını əks etdirməlidir;
4. Yazılar 2019-cu ilin 1 yanvar-15 fevral tarixlərində ustaddargisi@gmail.com ünvanına word faylında göndərilməlidir;
5. Faylın içində iştirakçının yaşı, soyadı, adı və atasının adı tam şəkildə, istənilən valideyninin əlaqə nömrəsi göstərilməlidir;
Təqdim edilən yazılar münsiflər heyəti tərəfindən təhlil edilərək 10 ballıq meyarla qiymətləndiriləcək. Qaliblər iştirakçıların yaşlarını nəzərə almaqla seçiləcək və qaliblərin yazıları “Ustad” dərgisinin 2019-cu ilin mart sayında dərc olunacaq. Qaliblər dərginin mart ayındakı buraxılışının təqdimatında hədiyyələrlə mükafatlandırlacaq.
Məktəbli dost, sən də müsabiqəyə qatıl, Yaz-ını Yay, “Üst Ad” ol!
#üst_ad #ustad #yazyay #hədəfnəşrləri #hedefnesrleri